Rayon haqqında
Turizm
Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə zəngindir. Tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Bu abidələr, tarixin müxtəlif dövrlərini əks etdirərək, xalqımızın milli-mənəvi və mədəni dəyərlərini özündə yaşadır. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq olunmuş siyahıda Göygöl rayonunda mövcud olan 31 yerli və ölkə əhəmiyyətli tarixi abidə qeydiyyata alınmışdır ki, bunlardan 9-u arxeoloji, digərləri isə memarlıq abidələridir. Abidələrin üzərinə onların adı, yaranma tarixi, invertar nömrəsi və dövlət tərəfindən qorunması haqqında məlumatları əks etdirən lövhələr vurulmuşdur. Həmçinin tarixi abidələrin yerləşdiyi ərazilərini əks etdirən xəritə tərtib olunmuşdur. Bu abidələr dövlət tərəfindən qorunub saxlanılır.