Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Göygöl  Rayon  Təhsil  Şöbəsi  üzrə  50  ümumtəhsil  məktəbi, o cümlədən, 39 tam,  10 ümumi  orta, 1 ibtidai  məktəb  və  2  məktəbdənkənar  tədris  müəssisəsi  fəaliyyət  göstərir. Ümumtəhsil  məktəbləri  üzrə  1240  müəllim, 129 nəfər rəhbər  işçi, 80 nəfər  əvəzçi  müəllim  olmaqla  1544  nəfər  pedaqoji  işçi, 2 məktəbdənkənar  təhsil  müəssisələrində  64  nəfər  dərnək  rəhbəri  olmaqla  cəmi  1608  nəfər   pedaqoji  heyət  vardır. Fəaliyyət  göstərən  50  ümumtəhsil  məktəblərindən  22-si  birtipli  layihə  əsasında  tikilmiş, 2-si modul  tpli, digər  26  məktəb  isə  uyğunlaşdırılmış  binalarda yerləşir.
   Son dövrlərdə   rayonumuzda 22 məktəb binası, 5 məktəbdə 31 əlavə sinif otağı, 20-dən artıq  məktəb binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Rayonun bütün ümumtəhsil məktəbləri müasir inventar və  avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları  ilə  təmin etmək məqsədi ilə bütün məktəblərə kompüter dəstləri paylanmışdır.
    Rayonun  tam orta  məktəblərini  bitirmiş  şagirdlərdən  hamısı  tam  orta  təhsil  haqqında  attestat  alır, ali  məktəblərə  qəbulun  nəticəsi  ilbəil  artaraq  54% çatmışdır. Rayonda  6 nəfər “Respublikanın  Əməkdar  müəllim” adına,  4  nəfər  “İlin  ən  yaxşı  müəllimi” adına,  4  nəfər  “Tərəqqi  medalı” na,  layiq  görülmüş  müəllim  var.
    Rayonda 18 dövlət, 1 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların da 5-i rayon mərkəzində yerləşir. Rayonda  son dövrlərdə   1 uşaq bağçası tikilmiş və 8 uşaq bağçası  əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Keçidlər