Rayon haqqında
Mədəniyyət
Hal-hazırda Göygöl rayonunda 1 Mədəniyyət Mərkəzi, 12 mədəniyyət evi, 6 klub, 41 kitabxana, A.Şəmşir adına 391 nəfər şagirdi olan Göygöl şəhər, 264 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbləri fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, kitab və disklərdən təşkil olunmuş Heydər Əliyev Muzey Mərkəzi və rayonun tarixini əks etdirən eksponatlardan ibarət Tarix-diyarşünaslıq muzeyi rayon əhalisinə və turistlərə xidmət edir.
Bundan başqa rayonda 5 mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir.