Heydər Əliyev Mərkəzi
Göygöl rayon Heydər Əliyev Mərkəzi 2007-ci ildən etibarən fəaliyyət göstərir.Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin rayon ictimaiyyətinə və rayona gələn qonaqlara daha dərindən çatdırılmasıdır. 2014-cü il yanvar tarixində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Göygöl rayonunda yeni Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Mərkəz Hummel küçəsi Heydər Əliyev parkında yerləşir.Mərkəzin ümumi sahəsi 2000m-dən artıqdır. Mərkəzdə 400-ə yaxın eksponat var.Mərkəzin muzey hissəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 77 fotoşəkil sərgilənməkdədir. İl ərzində mütəmadi olaraq rayon və kənd məktəb şagirdlərinin gəlməsi və Heydər Əliyev irsinin təbliği və tarix dərslərinin kecirilməsi təşkil edilir. Eyni zamanda mərkəzdə başqa idarə və təşkilatların ümumrayon tədbirlərinin keçirilməsi də təşkil olunur. Mərkəz əməkdaşları ümumiyyətlə bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, mərkəzin özündə də xüsusən tarixi əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil edir. Bunlarla yanaşı mərkəz ideoloji istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirir. Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş rayon sakinləri ilə gənclərin və məktəblilərin görüşləri təşkil edilir. Ümummilli lider Heydər Əliyevlə görüşlərindən qalan xatirələrini, təəsüratlarını, Ulu Öndərin vətənə olan sonsuz məhəbbətini, bağlılığını gənclərə çatdırmaqla gənclərin ideoloji inkişafına müsbət təsir göstərməyə çalışırıq. Bütün bunlar yetişməkdə olan gənclərin vətənpərvərlik hisslərini dərinləşdirir, ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissini aşılayır.
Mərkəzin direktoru: Mehdiyev Araz Rəşid oğlu
Ünvan: Hummel küç., Göygöl, AZ2500
Telefon: (+994 2220) 5-23-92, (+994 70) 324-90-80
Sosial şəbəkələr:
Facebook: https://www.facebook.com/
İnstagram: https://www.instagram.com/
Twitter: https://twitter.com/home