Rayon haqqında
Səhiyyə
Rayonda 156 çarpayılıq Göygöl rayon mərkəzi xəstəxanası (bura 40 cərrahiyyə, 40 terapiya, 20 pediatriya, 30 doğum və ginekologiya, 10 yoluxucu xəstəliklər, 6 anesteziologiya-reanimasiya, hemodializ 10 çarpayıya malik şöbələr aiddir), böyüklər və uşaqlar bölümü olan poliklinika, 5 ailə sağlamlıq mərkəzi (Mərkəzi ASM, Balçılı, Çaykənd Şəhriyar, Çaylı), 8 kənd həkim məntəqəsi (Hacıməlik, Aşıqlı, Üçtəpə, Topalhəsənli,, Yeni Zod, Quşqara, Qızılca, Mollacəlilli kəndi), 23 kənd tibb məntəqəsi (Sarısu, Quşçu, Qarabulaq, Toğanalı, Göyçəkənd, Köşkü, Pənahlılar, Dozular, Gəncə, Zurnabad, Kərəmli, Bəhrəmbağ, Xəqani, Cümşüdlü, Qırıxlı, Sərkarlı, Haçaqaya, Əlimədətli, Nadil, Yeni Qızılca, Yalqışlaq, Danayeri, Tülallar kənd), 1 kardiorevmatoloji sanatoriya, 1 Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
Mərkəzi rayon xəstəxanası 2009-cu ildə fərdi layihə ilə yeni inşa edilmiş və müasir inventar və avadanlıqla təmin olunmuşdur.
Bu tibb müəssisələrində 615 nəfər o, cümlədən 71 nəfər həkim (2 nəfər tərəqqi medallı, 1 nəfər əməkdar həkim), 2 əczaçı-bakalavr ,1 nəfər əczacı, 1 nəfər tibb üzrə fəlsəfə doktoru, 1 əməkdar həkim 252 nəfər orta tibb işçisi çalışır.Bundan əlavə Tibb müəsissəsində 125 qeyri tibbi ,178 nəfər kiçik tibb işçisi çalışır.2020-ci ilin mart ayından əhaliyə tibbi xidmət sahəsində İcbari Tibbi Sığortaya keçmişdir. Hər 1000 nəfərə düşən həkimlərin sayı 1.0, hər 1000 nəfərə düşən orta tibb işçilərin sayı 4.0 Hər 1000 nəfərə doğum göstəricisi 9.0, hər 1000 nəfərə ölüm göstəricisi 7. Təbii artım 124 nəfərdir, hər 1000 nəfərə təbii artım göstəricisi 19-dur. Əhalinin hər 10000 nəfərinə stasionar çarpayı göstəricisi 24-dür.
Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ rayon ərazisində əhalinin sağlamlığının qorunması, sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Göygöl rayonu üzrə imtiyazlı xəstələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 mart 2005 –ci il tarixli 37 və 38 N-li imtiyazlı qruplara “Tibbi defektoloji və psixoloji yardımın göstərilməsi Qaydası haqqında” və “Dərman preparatları ilə təmin olunması Qaydaları haqqında” qərarlarının uyğun olaraq müəyyən edilir və MRX-nın poliklinikasında dispanser uçotuna götürülürlər.
Göygöl rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində dispanser uçotuna götürülmüş xəstələrə MRX tərəfindən tam həcmdə tibbi yardım göstərilir, həmin şəxslərin hər birinə poliklinikada dispanser uçotuna götürülməsi haqqında (30 N-li Forma) kartlar açılır və mütəmadi olaraq həkim nəzarəti altında saxlanılır.