Rayon haqqında
İdman
Göygöl rayonunun 2022-ci ilin Gənclər və İdman sahəsi üzrə məlumatları
Rayonda sərbəst güləş, futbol, voleybol, basketbol, aşihara karate-kaykan, taekvando, kikboksinq, cüdo, universal döyüş, budo, üzgüçülük, boks idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Bədən tərbiyəsi və idmanla məşğul olan təşkilatların sayı – 63
O cümlədən ümumtəhsil məktəblərinin sayı – 50
Olimpiya İdman Kompleksi – 1
İdman məktəbi - 1
İdman klubları - 12
Həmin təşkilatlarda 87 nəfər ali və orta ixtisas təhsilli məşqçi müəllimlər məşğul olurlar.
İdmanla məşğul olanların sayı – 850 nəfər
Bədən tərbiyəsi dərslərində məşğul olanların sayı – 10393 nəfər
Rayonda İdman qurğularının sayı – 96
O, cümlədən: 1300 yerlik Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 ümumtəhsil məktəbinin idman zalları, 1 atıcılıq tiri, 50 sadə idman qurğuları.
2022-ci il ərzində gənclərin və idmançıların kütləvi cəlb edildiyi idman tədbirləri aşağıdakı kimi olmuşdur:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə əsasnaməsinə uyğun olaraq “Çempionumuz” sosial idman layihəsi çərçivəsində 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək rayon gənclərinin rayonda inkişaf edən və fəlaiyyət göstərən yüksək nəticəli məşqçi müəllimlərlə görüşləri keçirilmişdir. Görüşlərə məşqçilərdən Musa Musazadə, Elvarə Cəlilova, Rəhimov Fərman, Vəliyev Ülfət, Hüseynov Rauf dəvət olunmuşdur. Layihə rayonda idman ictimaiyyətinin geniş marağına səbəb olmuşdur. Görüşlərdə cəmi 300-dən artıq həvəskar idmançı və rayon gənci iştirak etmişdir.
“5 Mart- Bədən tərbiyəsi və İdman Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən cari ilin 27 fevral - 05 mart tarixlərinin olkə ərazisində “İdman həftəsi” elan edilməsi ilə əlaqədar olaraq Göygöl Rayon Gənclər və İdman İdarəsi müvafiq tapşırıqlara uyğun olaraq aşağıdakı idman tədbirlərini həyata keçirmişdir.
Taekvondo və Universal Döyüş üzrə İdman Festifalları keçirilmişdir. İdman Festivallarına 150 nəfərə yaxın idmançı qatılmışdır.
“İdman Həftəsi” çərçivəsində kross qaçış üzrə ümumrayon yürüşü və velo yürüş keçirilmişdir. Yürüşlərdə 100-dən artıq idmançı və gənc iştirak etmişdir.
“İdman Həftəsi” çərçivəsində rayon idman ictimayyəti ilə keçirilən toplantıda idman sahəsində nailiyyət qazanmış 50 nəfər idarə tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif edilmişdir.
Mart ayında Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının, Göygöl Rayon Gənclər və İdman İdarəsi və Göygöl Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş 2005-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Beynəlxalq turnir (U18) keçirilmişdir. Turnirdə Türkiyə, Özbəkistan, Almaniya, Macarıstan, Sloveniya, Gürcüstan, Polşa və Azərbaycanın fərqli bölgələrindən olmaqla 500 idmançı iştirak etmişdir.
Aprel ayında Göygöl Rayon Gənclər və İdman İdarəsinin və GİKM-in Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Yaz Oyunları” layihəsinə start verilmişdir. Layihədə Velosiped yarışı, Stolüstü tennis, Yüngül atletika, Mini futbol, Basketbol, Voleybol, Taekvondo İTF, sərbəst güləş, MAA idman növləri üzrə birinciliklər təşkil olunmuşdur. “Yaz Oyunları”nda ümumilikdə 500 nəfər idmançı iştirak etmişdir.
Layihənin məqsədi gənclərin sağlam həyat tərzinin təmin olunması, Göygöl rayonunda idman sahəsində aktiv olan və idmana marağı olan gənclərin kütləvi idman tədbirlərinə cəlb etmək olmuşdur.
Gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsi istiqamətində il ərzində Göygöl Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi, "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi və "28 May - Müstəqillik Günü"nə həsr edilmiş "Mahir nişançı" adlı atıcılıq turniri keçirilmişdir. Gənclərin hərbi-vətənpərvər ruhda tərbiyə edilməsi, onların fiziki sağlamlığının qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə ümumi olaraq 200-dən çox məktəbli cəlb edilmişdir.
İyul-avqust aylarında Göygöl rayonunda "Respublikamızda müstəqil olimpiya hərakatının yaranmasının 30 illiyi"nə həsr edilmiş açıq turnir yarışları təşkil edilmişdir. Yarışların proqramına daxil olan sərbəst güləş, basketbol, cüdo idman növləri üzrə Göygöl turnirləri keçirilmişdir. Turnirlərdə 200-yə yaxın idmançı iştirak etmişdir.
Gənclər sahəsi:
Rayonda gənclərin sayı – 14733 nəfər
O cümlədən: kişilər – 7909, qadınlar – 6824 nəfərdir.
Göygöl rayon Gənclər və İdman İdarəsi rayonda gənclər və idman siyasətini həyata keçirən orqandır. Gənclər siyasəti Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərar və qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Gənclər və İdman Nazirliyinin qərar və sərəncamlarını və digər normativ sənədlərini əldə rəhbər tutaraq həyata keçirilir. Belə ki, Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin aşkara çıxarılması, onların istedadlarının inkişaf etdirilməsi, gənclərin idmana cəlb edilməsi, elmə, təhsilə olan maraqlarının artırılması, vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və bunlarla yanaşı yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir. Keçirilən bu tədbirlər yeniyetmə və gənclərdə vətənə və xalqa, tariximizə və milli ideologiyaya hörmət və məhəbbət hisslərini artırır, onların elmə, təhsilə və idmana marağını artırır. Göygöl şəhərində 2014-cü ildən Gənclər Mərkəzi gənclərin istifadəsinə verilmişdir ki, bu da rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkil olunmasına, mədəni kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılmasına gətirib çıxarmışdır. Gənclər Mərkəzində 200 nəfərlik akt zalı, kafe, linqafon otağı, rəqs otağı, karaoke-əyləncə zalı fəaliyyət göstərir.
Rayonumuzda artıq 2020-ci ildən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi də fəaliyyətə başlamışdır. Bu da rayon gənclərinin inkişafına, gənclər siyasətinin rayonda həyata keçirilməsinə yeni bir təkandır. Göygöl rayonu 2021-ci ilin Gənclər Paytaxtı seçilmişdir. bHər il rayonumuzda rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət şöbəsi, Səhiyyə şöbəsi, hüquq-mühafizə orqanları, GİKM-in Göygöl nümayəndəliyi, Gənclər Evi SXM və digər təşkilatlarla birgə müxtəlif idman yarışları, bilik yarışları, intellektual oyunlar, inşa, şeir, rəsm müsabiqələri, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində profilaktik görüşlər təşkil edilir.
İl ərzində gənclər sahəsi üzrə mühüm tədbirlərdən aşağıdakıları qeyd etmək olar:
"2 Fevral - Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi" çərçivəsində Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən silsilə tədbirlər keçirilmişdir. Silsilə tədbirlər sırasına gənclərin Şəhidlər Xiyabanına ziyarəti, “Breyn-rinq” intellektual bilik yarışmaları, rəsm və əl işləri sərgisi, velo yürüş, dəyirmi masalar, Heydər Əliyev Mərkəzinə gənclərin ekskursiyaları, "Azərbaycan Gəncləri - Azərbaycanın gələcəyi" adlı ümumrayon toplantısı, eyni adlı konsert proqramı aiddir.
Mart ayında Göygöl Rayon Gənclər və İdman idarəsinin rəhbərliyi ilə Gənclər Evi SXM və GİKM Göygöl nümayəndəliyinin dəstəyi ilə "Göygöl Gənclərinin İnkişaf Forumu" 120 nəfər gəncin iştirakı ilə keçirilmişdir.
Gənclər və İdman idarəsinin baş məsləhətçisi Dünyavi Məmmədovanın moderatorluğu ilə keçirilən forumda Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu, Göygöl Rayon İHB-nın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, YAP rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Təhsil şöbəsinin müdir əvəzi Seymur Əsgərov, Regional Məşğulluq filialının Göygöl şöbə müdiri Elşən Tağıyev, Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzinin koordinatoru Elnur Hacıyev spiker qismində iştirak etmişlər. Forumun məqsədi gənclərin sosial-iqtisadi, ictimai-siyasi, təhsil, karyera və məşğulluq, habelə sağlamlıq və digər sahələrdə üzləşdikləri problemlərin mütəxəssislər ilə müzakirə olunması və təhlil edilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunması olmuşdur.
Forumun ikinci hissəsində master klasslar “Mentor dəstəyi ilə komanda şəklində layihə təklifinin hazırlanması” və “Sosial sahibkarlıq” mövzularında baş tutmuşdur. Forumda gənclər sual və problemlərlə yanaşı təklif və ideyalarını da səsləndirdilər.
Aprel ayında peşə seçimində çətinlik çəkən gənclərin düzgün yönləndirilməsi və əmək bazarında tələbat olan peşə və ixtisaslar haqqında gənclərin maarifləndirilməsi məqsədilə Heydər Əliyev Parkında Göygöl Rayon Gənclər və İdman İdarəsi, Göygöl Təhsil şöbəsi, Göygöl Peşə Məktəbi, Göygöl-Daşkəsən KOB İnkişaf Mərkəzi, GİKM-in Göygöl nümayəndəliyi, Göygöl Gənclər Evi və “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin birgə təşkilatçılığı ilə Göygöl Peşə sərgisi keçirilmişdir. Sərgidə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi məsələlər üzrə müavini Kəmalə İbrahimova iştirak etmiş, gənclərə öz tövsiyyələrini çatdıraraq, sərginin işinə uğurlar arzulamışdır. Rayon orta ümumtəhsil məktəblərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və digər əlaqədar təşkilatlardan 200-dən artıq gənc sərgidə iştirak etmişdir.
Sərgidə dərzi, aşpaz, turizm sahəsində iaşə üzrə mütəxəssis, xalçaçılıq, bərbərlik, tikiş və toxuculuq, şərabçılıq, aqroservis mütəxəssisi və s. ixtisas və peşələr üzrə gənclər maarifləndirilmişdir.
İyun-iyul aylarında “Gənc Jurnalistlərin Hazırlığı Akademiyası” layihəsi baş tutmuşdur. “Gənc Jurnalistlərin Hazırlığı Akademiyası” layihəsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi təşkilatçılığı, Göygöl rayon Gənclər və İdman İdarəsi və Göygöl Gənclər Evinin dəstəyi ilə keçirilmişdir. Layihə çərçivəsində gənclər maraqlı təlim və görüşlərdən həm nəzəri, həm də praktik bilkilərə yiyələnmiş, “Kəpəz” Tele-radio şirkətində təcrübə proqramı keçmişlər. Layihəyə18 nəfər gənc cəlb olunmuş, sonda sertifikatlar təqdim edilmişdir.