Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyi

Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyi Göygöl Rayon İcra Hakimiyyəti Başçısının 22 noyabr 2004-cu il tarixli, 91 saylı Sərəncamına əsasən yaradılmışdır.
Birlik tabeliyində Yaşıllaşdirma Sahəsi,Təmizlik Sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malik olub, qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir, öz işində və  Göygöl Rayon İcra Hakimiyyətinə tabedir.
Birlik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər normativ aktları Göygöl Rayon İcra Hakimiyyətinin və müvafiq struktur bölməsinin qərar və sərəncamlarını, Göygöl Rayon Hakimiyyətinin qərar və sərəncamlarını, habelə, 14 dekabr 2004-cu il tarixdə təsdiq olunmuş nizamnaməsini rəhbər tutur.
Göygöl Rayon MKTİB-nin məqsəd və vəzifələri:

-xidməti ərazisində yerləşən binalarda mənzil fondunun tərkib hissəsi olan yaşayış sahələrinin mühəndis-texniki qurğularının saxlanması və cari təmiri;

-yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək;

-xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək;

-xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının daşınmasını təşkil etmək;

-əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyatı üzrə ödənişi yerinə yetirmək.

Göygöl Rayon MKTİB-nin xidməti ərazisi və binaların dislokasiyası:
Birlik 14160 nəfərə xidmət etməklə ərazisi rayon mərkəzi olmaqla,  Ağdağ qəsəbəsi məhdud sahəsini əhatə edir.

Göygöl Rayon MKTİB-nin struktur bölmələri: Birlikdə bir aparat və üç sahə olmaqla, ümumilikdə 442 işçi çalışır.

Aparat: rəis, baş mühəndis, iki rəisin müavini olmaqla dörd şöbədən (Ümumi şöbə, Mühasibatlıq, Mənzil Təsərrüfatının İstismarı və Kommunal Təsərrüfat şöbələri) ibarətdir.

Xidməti sahələri: Yaşillaşdirma, Sanitar Təmizlik və Nəqliyyat Sahəsindən ibarətdir.         

     Birliyin rəhbərliyi:

Birliyin rəisi:       Uğuruyev Səfyar Yadigar oğlu
Rəis müavini:      Bayramov Alim Ağalar oğlu
Baş mühəndis:    Mehdiyev Vüsal Mühiddin oğlu

Ünvan:  Göygöl Rayon Heydər Əliyev pr:135
            Telefon: 0222052157; 0222052254
            Faks: 0222052157

                                                 

                                                                   Qəbul qrafiki

Vəzifəsi 

Soyadı,adı və atasının adı 

Əlaqə telefonları 

Qəbul gunləri və saatları

Rəis

Uğuruyev Səfyar Yadigar oğlu

(022) 205-21-57

II gün saat 1000-1300

Rəis müavini

Bayramov Alim Ağali oğlu

(022) 205-22-54

III gün saat 1000-1300

Rəis müavini

Əliyev Subhan İsmayıl oğlu

(022) 205-22-54

III gün saat 1000-1300

Baş mühəndis

Mehdiyev Vüsal Mühiddin oğlu

(022) 205-22-54

IV gün saat 1000-1300

Kadırlar üzrə müfəttiş

Mustafayeva Tamara Fərhad qızı

(022) 205-21-57

-

 

 

Keçidlər