Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Aqrar İnkişaf Mərkəzi

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi rayonda aqrar siyasətin həyata keçirilməsini, bu sahədə dövlət xidmətlərinin vahid və əlaqələndirilmiş formada, etik davranış qaydalarına əməl edilməklə təşkilini və göstərilməsini təmin edir.

 

 

 

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri:

1) Kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərini təşkil edir, kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə tətbiq edilən güzəştlərdən və subsidiyalardan istifadə edə bilmələri üçün Kənd Təsərrüfatı Nazirliyinin qurumları ilə birlikdə tədbirlər həyata keçirir;

2) Aqrar sahə ilə bağlı problemlərin həllində mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə əməkdaşlıq qurur;

3) Aqrar sahədə yerli istehsalçıların dəstəklənməsi üçün tədbirlər görür, kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına aqroservis, aqrokimyəvi, informasiya-məsləhət və digər xidmətlərin “vahid pəncərə”, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında göstərilməsini təşkil edir;

4) Nazirliyin regionlarda fəaliyyət göstərən digər yerli qurumlarının fəaliyyətini əlaqələndirir;

5) Bitkiçilik və heyvandarlıq sahələrinin intensiv inkişafının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdə iştirak edir, yeni texnika və texnologiyaların, innovativ inkişaf üsullarının tətbiq edilməsi barədə Nazirliyə təkliflər verir;

6) Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir, onların fəaliyyətinin dəstəklənməsi üzrə qanunvericiliklə müəyyən olunmuş tədbirlər görür;

7) Rayon ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi üçün tədbirlərin görülməsində iştirak edir və bu sahədə təkliflər verir;

8) Kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi ilə fermerlər və koordinasiya şuralarının yaradılmasına və fəaliyyətinə dəstək verir;

9)  Nazirlik tərəfindən həvalə edilən digər istiqamətlərdə fəaliyyət göstərir.

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN GÖYGÖL DÖVLƏT AQRAR İNKİŞAF MƏRKƏZİNİN 2022-Ci İLDƏ VƏTƏNDAŞLARIN QƏBULU QRAFİKİ

Soyadı, adı, atasının adı

Vəzifəsi

Qəbul günləri

Qəbul vaxtı

Otağın №-si

Telefon №-si

1

Hacıyev Azər Elyaz oğlu

Direktor

 I gün

III gün

V gün

Saat

1000-dan

1

Tel: (022) 205-52-72

2

Məmmədzadə Altun Mahir oğlu

Direktor müavini-Maliyyə-təsərrüfat sektorunun müdiri

II gün

IV gün

V gün

Saat

1000-dan

10

Tel: (022) 205-52-70

3

Kərimzadə Adil Xankişi oğlu

Bitkiçilik sektorunun müdiri

II gün

III gün

IV gün

Saat

1000-dan

6

Tel: (022) 205-52-73

4

 

 

Kərimov Ramin Kərim oğlu

Heyvandarlıq sektorunun müdiri

I gün

IV gün

V gün

Saat

1000-dan

4

Tel: (022) 205-52-71

5

Nuriyeva Aynurə Tofiq qızı

Maliyyə-təsərrüfat sektoru-baş məsləhətçi-torpaq məsələləri üzrə

I gün

II gün

V gün

Saat

1000-dan

6

Tel: (022) 205-52-71

   Qeyd:

  1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə dərhal qəbul edilirlər.
  2. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun qəbul günləri bayram günlərinə düşdükdə qəbul növbəti iş gününə keçirilir.
  3. Qəbulla bağlı əlaqə telefonu:

         Maliyyə təsərrüfat sektoru - baş mütəxəssis- böyük inspektor- (022) 205-52-72

         Elektron müraciət ünvanı: goygol@agro.gov.az

         https://goo.gl/maps/BPwC9sCdw7nqAukXA

 

 

Keçidlər