Rayon İdarələri
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2355 nömrəli Sərəncamı ilə iki rayonda (Bakının Xəzər rayonu (Şüvəlan), Goranboy), 15 fevral 2011-ci il tarixli, 1328 nömrəli Sərəncamına əsasən isə 9 rayonda (Zərdab, Ağdam, Göygöl, Zaqataıa, Qəbələ, İsmayıllı, Hacıqabul, Saatlı, Sabirabad) fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri Dövlət Komitəsinin tabeçiliyinə verilmişdir.Hazırda Komitənin tabeçiliyində müxtəlif rayonların ərazisində yerləşən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir.
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas təbəqədən olan əhali qruplarını aşkar edir, ailələrə səfər edir, qayğı planı əsasında sosial-psixoloji iş aparır, problemli ailələr, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvlərinə erkən nikah, məişət zorakılığı və insan alveri hallarından zərər çəkən şəxslərə müxtəlif növ xidmətlər göstərir. Risk qruplu ailələrin və uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə mərkəzdə aktiv terapiya, art terapiya, psixoloji və loqopedik xidmət fəaliyyət göstərir, “Denver II uşaq inkişafı üzrə skrininq testi”, keys menecment və SİB-R qiymətləndirmə sistemləri tətbiq olunur, müxtəlif dərnəklər və inkişafetdirici məşğələlərə cəlb edilir. Həmçinin ucqar kəndlər daxil olmaqla rayonun bütün ərazisində, təhsil və iaşə müəssisələrində müxtəlif mövzularda (qadın və uşaq hüquqları, ailənin gücləndirilməsi, məişət zorakılığı və erkən nikahın qarşısının alınması, uşağa qarşı zorakılıq və s.) tədbir və təlimlər keçirilərək maarifləndirmə işi aparılır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə də uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların qarşısını almaq, müvafiq sahələr üzrə yerlərdə dövlət siyasətini həyata keçirmək, dövlət proqramlarından və inkişaf konsepsiyalarından irəli gələn tədbirləriin həyata keçirilməsi sahəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.