Rayon İdarələri
Gigiyena və Epidemiologiya Mərkəzi
Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, profilaktik və ocaqlı dezinfeksiya, dezinseksiya işləri və parazitar xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əsas istinad etdiyi qanun “Sanitariya–Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunudur.
Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin struktur bölmələri aşağıdakılardır:
- İdarə etmə aparatı
- Epidemioloji şöbə
- Sanitar-gigiyena şöbəsi
- Sanitar-kimyəvi laboratoriya
Epidemioloji şöbə yoluxucu xəstəliklərə qarşı profilaktika peyvənd işləri və parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir.
Sanitariya gigiyena şöbəsi 4 bölmədən ibarətdir:
- Kommunal Gigiyena Bölməsi
- Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi
- Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi
- Sanitar-kimyəvi laboratoriya
Kommunal Gigiyena Bölməsi: rayon üzrə bərk məişət tullantılarının daşınması, içməli su təchizatı, kanalizasiya sistemi, apteklər, camaşırxanalar, gözəllik salonları, müalicə - profilaktika müəssisələrinə sanitariya nəzarətini həyata keçirir:
Əməyin Gigiyenası və Ətraf Mühitin Mühafizəsi Bölməsi:
Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi: məktəblərdə, bağçalarda, texniki-peşə məktəblərində, uşaq müəssisələrində olan mütəşəkkil uşaq kontingenti arasında yoluxucu xəstəliklərin profilaktikası.
Sanitar –Kimyəvi laboratoriyada: götürülən nümunələrin kimyəvi tərkibi öyrənilir.
Müəssisənin 42 ştat var ; işçilərin sayı 30 nəfərdir.
Əlaqə telefonu: (022) 205-05-44
Ünvan : H.Əliyev pr 32
Qəbul qrafiki
Vəzifəsi |
Soyadı adı və atasının adı |
Əlaqə telefonları |
Qəbul günləri və saatları |
Direktor |
Əmirov Bəhmən Əsəd |
2220(505-44) |
II-VI günlər 0900-1730 |
Epid. şöbə müdiri |
Əsədov Səxavət Oktyabr |
|
I-V günlər 0900-1630 |