Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Gənclər evi

“Göygöl Gənclər evi” SXM – 14-29 yaş arasında olan gəncləri cəlb edən, onların təhsil almaları və asudə vaxtlarının səmərəli keçirilməsi üçün rahat şərait yaradan, onların digər ehtiyaclarını ödəyən, öz siyasətlərinə, proqramlarına və müvafiq atributlarına malik olan gənclərin dostluq mərkəzləridir. Mərkəz fəaliyyətə 10 mart 2021-ci ildə başlamışdır.

Gənclər, tələbatlarını və gözlədiklərinə müvafiq olaraq həyat vərdişlərini və asudə vaxtlarının keçirilməsi üzrə istəklərini ödəməkdən ötrü informasiya və xidmətləri almaq üçün bu mərkəzlərə gəlirlər.

Mərkəzdə yerinə yetirilən proqramlar üçün vahid standartlar hazırlanmaqdadır. Proqramlar gənclərin iştirakı ilə tərtib edilir, onların təlabatlarını əks etdirir və gənclərin bilavasitə iştirakı ilə həyata keçirilir. Proqramlar ölkənin gənc vətənpərvərlərinin formalaşmasına yönəldiləcəkdir. Həmin anlayışın əsas komponentlərinə cəmiyyətin inkişafına öz töhvəsini vermək bacarığına malik olan, özünə inamlı şəxsiyyətlərin formalaşdırması daxildir.

Gənclər evinin təklif etdikləri bütün xidmətlər sağlamlıq imkanları məhdud olan bütün gənclər üçün əlverişlidir.

Gender bərabərliyi məsələləri bütün gənclər mərkəzləri bazasında işlərin planlaşdırılmasında və həyata keçirilməsində nəzərə alınır.

Gənclər evinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.

Gənclər mərkəzlərinin qarşısında duran vəzifələr aşağıdılardır:

1) gənclərin tələbatlarına və gözlədiklərinə müvafiq olan informasiya və xidmətlərin təqdim edilməsi;

2) respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında gənclərin aktiv iştirakının təmin edilməsi;

3) gənclərin təşəbbüslərini, gənclərin könüllülük hərəkatı və gənclərin özünü idarəsinin dəstəklənməsi;

4) uğur qazanan azərbaycanlı gənc obrazının formalaşdırılması və irəli çəkilməsi.

Gənclər mərkəzlərinin fəaliyyət növləri:

1) qeyri-formal təhsil fəaliyyəti;

2) könüllülük hərəkatı;

3) sağlam həyat tərzi;

4) informasiya-məsləhət fəaliyyəti;

5) asudə vaxtın təşkili;

6) gənclərin layihələrinin və proqramlarının inkişafı;

7) digərləri.

Gənclər evi yaşı 14-dən 18-dək olan yeniyetmələr və yaşı 29-a qədər olan gənclər ilə iş qurur. Müəssisənin fəaliyyətinə daxildir: nəzəri və praktiki tədris məşğələləri, kütləvi-müsabiqə, konsert və asudə vaxt tədbirləri, onlara hazırlıq, öyrənənlər üçün yarışlar, treninqlər, ekskursiyalar, yürüşlər, müxtəlif təşkilatlara gəzintilər və s. tədbirlər.

Gənclər mərkəzə gələrkən onun avadanlıqlarından, inventarlarından, materiallarından istifadə edirlər. 

 

Göygöl Gənclər evində halı hazırda fəaliyyət göstərən dərnək, kurs və klublar:

-Musiqi və Gitara dərnəyi

-Dekorativ və İncəsənət dərnəyi

-Tikiş və Toxuculuq dərnəyi

-Komputer və İnformatika kursu

-Psixologiya kursu

-“Sweet club” kulinariya klubu

-Vətənpərvərlik klubu

-İntellektual gənclər klubu

-Kitab severlər klubu

-Gənc gitarislər klubu

-Debat klubu

-“Art Club“

Ünvan -     Ünvan: Göygöl şəhəri, Hummel küçəsi, H.Əliyev parkı

Tel : 02220 5-51-63

Mail: Goygol.genclerevi@gmail.com

Facebook :      https://www.facebook.com/GoygolGenclerEvi

İnstagram :      goygol.genclerevi

Keçidlər