Rayon İdarələri
3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi publik hüquqi şəxs Göygöl rayonunun Qırıxlı kəndində yerləşir və müəssisə 1958-ci ildən fəaliyyət göstərir. Müəssisə müxtəlif vaxtlarda 1958-ci ildən 2011-ci ilədək İctimai Təminat Nazirliyinin nəzdində “8 saylı Əlillər evi”, 2011-ci ildən 23 aprel 2015-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “8 saylı ruhi-əsəb təmayüllü internat evi”, 23 aprel 2015-ci ildən 15 oktyabr 2016-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi”, 15 oktyabr 2016-ci ildən 25 avqust 2020-ci ilədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi” və 25 avqust 2020-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi publik hüquqi şəxs” adlandırılmışdır. Müəssisə ərazi olaraq Göygöl rayonuna, struktur olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir. Müəssisə 135 çarpayılıq olub 18 yaşından yuxarı psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış qadınlar üçün nəzərdə tutulmuşdur. Müəssisənin fəaliyyəti stasionar formada sakinlərə sosial reabilitasiya xidməti göstərməkdir. Müəssisədə inzibati idarəetmə heyəti, sosial reabilitasiyanın təşkili şöbəsi, təsərrüfat və xidmət şöbəsi fəaliyyət göstərir.
Müəssisənin direktoru:
Ünvan: Göygöl r-nu Qırıxlı kəndi
Tel: (+99422)203-24-07 / 203-24-08
e-mail: psxm3@sosial.gov.az