Rayon İdarələri
Göygöl Regional Sınaq Laboratoriyası
Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi Departamentinin”nin Göygöl Regional Sınaq Laboratoriyasının (GRSL) əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır. Laboratoriya 2-ci biotəhlükəsizlik səviyyəsinə uyğun təsis edilmiş və 09.09.2021-ci il tarixdə ISO 17025:2017 Standartının tələbləri əsasında Milli akkreditasiyadan keçmişdir.
Göygöl Regional Sınaq Laboratoriyasının mütəxəssisləri həm beynəlxalq təşkilatların brusellyoz xəstəliyinin təyini üzrə ELISA, Roz-Benqal sınağı, komplimentin birləşmə reaksiyası müayinə metodları ilə, həm də Mərkəzi Baytarlıq Laboratoriyasının peşəkarlıq sınaqlarında uğurlu nəticələr əldə etmişdir.
Laboratoriyada xəstəliklərin diaqnozu müvafiq olaraq seroloji (RBS, KBR, KUMBR və ELİSA), mikrobioloji və molekulyar-genetik üsul olan PZR vasitəsilə müayinəsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Təlimatına istinad edilərək aparılır.
Ünvan: Göygöl şəhəri Heydər Əliyev prospekti 142
Labaratoriyanın müdiri: Ələkbərova Mahnur Rafiz qızı
Əlaqə nömrəsi: 050-407-03-01; 055-995-22-91
Qəbul günü, saatı: həftə içi hər gün, saat 900-1700
Qaynar xətt: 1003
Elektron poçt ünvanı: alakbarova@afsa.gov.az