XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən, xalqımızın yaddaşında dərin izlər buraxmış Xocalı soyqırımından 29 il keçir. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Göygöl Gənclər İdman Idarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyi ilə birgə keçirilən müsabiqədə çox sayda məktəblilər iştirak etmişdir. Qaliblər mükafatlandırılmışdır.
26.02.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının təşkilatçılığı ilə "Xocalı Soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayət" mövzusunda onlayn videokonfrans keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşları və Gənc Könüllüləri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət ediblər. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin təşkilatçılığı ilə gənclər Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Xocalıdan məcburi köçkün düşmüş ailələr ilə görüşüblər.Onlar Xocalı soyqırımı zamanı baş verən hadisələrdən, erməni vəhşiliyindən danışıblar.Gənclərimiz ailələr ilə həmsöhbət olub, dəstəklərini nümayiş etdiriblər
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Göygöl rayonunda da koronavirus (COVİD-19) pandemiyasına qarşı vaksinasiya işi uğurla davam edir. Hazırda 50 yaşdan yuxarı insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə həyata keçirilir.