Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı idman yarışı keçirilib

04 may 2024 | 12:52
Göygöl Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı və İrəvan İdman Klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə bağlı “İdmanın inkişafı bizi yeni qələbələrə çağırır” devizi ilə TAEKVANDO idman növü üzrə keçirilən yarışda YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Sərdar Balayev, İrəvan İdman Klubunun direktoru Fəxri Cəfərov, QƏQİB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Gənclər təşkilatlarının nümayəndələri Zaur Abbasov, Raul Abbaszadə, müharibə iştirakçıları və gənclər iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Yarışda iştirak edən 37 nəfər iştirakçı arasından 41 kq çəki dərəcəsində 4 nəfər finala yüksəlmiş və qaliblər müəyyən olunmuşdur. Qaliblərdən, Cavidan Heydərzadə 1-ci yerə, Ramal Aşurov 2-ci yerə, Orxan Abışov 3-cü yerə, Xəzər Salahlı 3-cü yerə layiq görülmüşdür.
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı silsilə tədbirlər davam edir.
Keçidlər