Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

06 may 2024 | 09:29
Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbi 1990-ci ildən fəaliyyət göstərir və fəaliyyətə ümumi orta məktəb kimi başlamışdır. 2011-ci ildə yeni müasir tələblərə cavab verən, 360 şagird yerlik məktəb binası inşa edilmiş və məktəb tam orta məktəb kimi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda məktəbdə 50 müəllim, 18 texniki işçi çalışır və 749 nəfər şagird təhsil alır. Məktəb iki növbəlidir, 29 sinif komplekti var.
Yeni Qızılca kənd tam orta məktəbinin bütün tədbirləri yüksək səviyyədə təşkil olunur. Məktəbin şagirdləri rayon tədbirlərində fəal iştirak edirlər. Məktəbin şagirdi Fidan Tağıyeva müxtəlif mövzulara həsr olunmuş inşa, şeir müsabiqələrində dəfələrlə iştirak etmiş diplom və hədiyyələr ilə təltif olunmuşdur. Respublika fənn müsabiqəsində və Respublika Fənn Olimpiadasında şagirdər həvəslə iştirak edərək final mərhələsinə qədər uğur qazanmışlar. 2022-2023-cü tədris ilində Lütfi Zadə adına məntiq olimpiadasında məktəbin V sinif şagirdi Həqiqət Orucova yer tutaraq respublika turuna vəsiqə qazanmışdır. Eyni zamanda 2022-2023-cü tədris ilində Respublika Fənn Olimpiadasında Elcan Əsgərov zona mərhələsindən uğurla keçərək respublika mərhələsində iştirak hüququ qazanmışdır.
2022-2023-cü tədris ilində məktəbin 6 nəfər məzunu respublikanın müxtəlif ali təhsil ocaqlarına qəbul olaraq tələbə adı qazanmışlar. Məktəbin bir nəfər məzunu Elcan Əsgərov 500 baldan yuxarı nəticə göstərərək Bakı Dövlət Unversitetinin tələbəsi olmuşdur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində məktəbin ibtidai sinif müəllimləri Mehriban Hüseyinova və Şəhanə Hüseynova 50 baldan yuxarı nəticə göstərərək prosesi uğurlu nəticə ilə başa vurmuşlar.
Məktəbdə 2023-2024-cü tədris ilində şagirdlərin peşə seçiminə müsbət təsir edə biləcək Peşə təmayüllü siniflərin təşkili həyata keçirilir.
Keçidlər