Göygöl rayonunda 5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü'nə həsr edilmiş tədbir keçirilib
06 may 2024 | 12:45
Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən “Yay kinoteatrı”nda keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, təhsil işçiləri, ziyalılar, müharibə veteranları, qazilər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Tədbir mədəniyyət işçilərinin konsert proqramı ilə davam edib.