Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda turizm subyektləri ilə görüş keçirilib

05 may 2024 | 11:33
Göygöl rayon Heydər Əliyev Mərkəzində sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, KOBİA-nın Göygöl rayon nümayəndəliyin rəhbəri Orxan Əhmədov və digər aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Arzu Qocayev rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işləri, əldə olunmuş nailiyyətləri və rayonun statistik göstəriciləri barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır. O, turizmdə logistik fəaliyyətlərin gücləndirilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, bazar konyukturuna uyğun qiymətlərin və turizm məhsullarının hazırlanması və təqdim olunmasının əhəmiyyətindən danışıb. A.Qocayev eyni zamanda dövlət-özəl əməkdaşlığının bu sahənin inkişafında mühüm rol oynadığını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev də öz nitqində KOBİA-nın daim sahibkarların yanında olduğunu və onların mövcud problemlərinin həllində yaxından iştirak etdiyini bildirmişdir.
Görüşdə Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb və sahibkarlığın inkişafı məqsədilə sahibkarları layihələrdə aktiv iştirak etməyə dəvət etdi.
Daha sonra digər iştirakçıların çıxışları və sahibkarlar tərəfindən irəli sürülən təkliflər dinlənilmiş, qaldırdıqları problemlər nəzarətə götürülmüşdür.
Keçidlər