Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz həllini tapıb

02 may 2024 | 15:35
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Topalhəsənli kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinləri Gəncə çayında sahilbərkitmə işlərinin aparılması, sel sularından ziyan görmüş kənddaxili yolların cari təmiri, uşaq bağçasının həyətindəki ağacların budanması və qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi ilə bağlı müraciət etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında vətəndaşlar tərəfindən səsləndirilmiş müraciətlər qısa müddət ərzində öz həllini tapmışdır.
Keçidlər