Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Göygöl rayonu üzrə təhsil sektorunu tabeliyində 46 ümumtəhsil məktəbi, o cümlədən, 38 tam orta ümumtəhsil məktəbi, 1 Lisey, 6 ümumi orta ümumtəhsil məktəbi, 1 ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəbləri üzrə 1140 müəllim, 112 nəfər rəhbər işçi, 65 nəfər əvəzçi müəllim olmaqla 1317 nəfər pedaqoji  işçi, 2 məktəbdənkənar təhsil müəssisəsində 37 nəfər dərnək rəhbəri fəaliyyət göstərir. Fəaliyyət göstərən 46 ümumtəhsil məktəblərindən 22-si birtipli layihə əsasında tikilmiş, digər 24 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. Son dövrlərdə 15-dən artıq məktəb binası cari təmir olunaraq istifadəyə verilmişdir. Rayonun müəyyən ümumtəhsil məktəbləri müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədi ilə bəzi məktəblərə kompüter dəstləri paylanmışdır. Rayonun tam orta məktəblərini bitirmiş şagirdlərdən hamısı tam orta təhsil haqqında attestat alır, ali məktəblərə qəbulun nəticəsi ilbəil artaraq 52.6% çatmışdır. Rayonda 6 nəfər “Respublikanın Əməkdar müəllim” adına, 4 nəfər “İlin ən yaxşı müəllimi” adına, 4 nəfər “Tərəqqi medalına layiq görülmüş müəllim var. Rayonda 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunların da 4-ü rayon mərkəzində yerləşir. 

Keçidlər