Rayon haqqında
Mədəniyyət
Göygöl rayonunda 63 mədəniyyət müəssisəsi fəaliyyət göstərir, onlardan: 19 mədəniyyət evi və klub, 40 kitabxana, 2 musiqi məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq muzeyi.
Mədəniyyət Mərkəzi Almanlar tərəfindən XIX əsrin II yarısında inşa edilib. 1960-1962-ci illərdən klub müəssisəsi kimi fəaliyyət göstərir. 1 Mədəniyyət Mərkəzi, 8 Folklor evi, 2 Aşıqlar evi, 3 Sənətkarlıq klubu, 3 Folklor klubu, 1 Sənətkarlıq evi və 1 Diyarşünaslıq evi mövcuddur. Həmçinin Mədəniyyət Mərkəzinin nəzdində “Yaşıl teatr” da fəaliyyət göstərir. “Yaşıl teatr” Göygöl rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşir.
Mərkəzi Kitabxana Sistemi 1926-cı ildən Kitabxana kimi fəaliyyət göstərir. Hal-hazırda özündə 40 kütləvi kitabxananı birləşdirir. Buraya 38 qəsəbə və kənd kitabxana filialı, 1 şəhər, 1 S.Vurğunun adına Mərkəzi kitabxana daxildir. Mərkəzi kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir.
A.Şəmşir adına 75 müəllim və 390 nəfər şagirdi olan Göygöl şəhər, 44 müəllim və 197 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, kitab və disklərdən təşkil olunmuş Heydər Əliyev Muzey Mərkəzi və rayonun tarixini əks etdirən eksponatlardan ibarət Tarix-diyarşünaslıq muzeyi rayon əhalisinə və turistlərə xidmət edir.
Bundan başqa rayonda 5 mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir.












