Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi

Göygöl rayon Heydər Əliyev Mərkəzi 2007-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin rayon ictimaiyyətinə və rayona gələn qonaqlara daha dərindən çatdırılmasıdır. 2014-cü il 21 yanvar tarixində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Göygöl rayonunda yeni Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Mərkəz Hummel küçəsi Heydər Əliyev parkında yerləşir. Mərkəzin ümumi sahəsi 3433.2 m²-dir. Mərkəzdə 426 eksponat var. Mərkəzin muzey hissəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 67, bununla yanaşı Cənab Prezident İlham Əliyevin rayonumuza səfərləri ilə bağlı 16 fotoşəkil sərgilənməkdədir. Mərkəzdə başqa idarə və təşkilatların ümumrayon tədbirlərinin keçirilməsi təşkil olunur. Mərkəz əməkdaşları ümumiyyətlə bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak etməklə yanaşı, mərkəzin özündə də xüsusən tarixi əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil edir. Bunlarla yanaşı mərkəz ideoloji istiqamətdə öz fəaliyyətini daha da təkmilləşdirir. Mütəmadi olaraq mərkəz əməkdaşları rayon məktəblərində açıq dərslər keçirərək Ümummilli lider Heydər Əliyev irsinin aşılanması, Ulu Öndərin vətənə olan sonsuz məhəbbətini, bağlılığını gənclərə çatdırır, gənclərin ideoloji inkişafına müsbət təsir göstərməyə çalışırlar. Bütün bunlar yetişməkdə olan gənclərin vətənpərvərlik hisslərini dərinləşdirir, ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissini aşılayır.

 

Mərkəzin direktoru:    Mehdiyev Araz Rəşid oğlu

Ünvan:                        Hummel küç., Göygöl, AZ2500

Telefon:                      (+994 2220) 5-06-38, (+994 70) 324-90-80

Elektron poçt ünvanı: h.e.merkezi.2019@gmail.com

Facebook: https://www.facebook.com/share/1MJn9YCh7C/

İnstagram: https://www.instagram.com/goygolheydereliyevmerkezi?igsh=MXg4ODBrcm9vbmE4MQ==

Keçidlər