Göygöl rayon Mədəniyyət Mərkəzi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Göygöl rayonunda ilk kitabxana almanlar tərəfindən yaradılmışdır. 1870-ci ildə Yelenendorfda (İndiki Göygöldə) alman kitabxanalarından ibarət içtimai kitabxanada 300-dən cox kitab olmuşdur. Vaxtıilə əsası almanlar tərəfindən qoyulmuş binada rayon kitabxanası 1926-cı ildən fəaliyyət göstərməyə başlamışdır. 3 fevral 1975-ci il tarixli “Dövlət kütləvi kitabxanalarının birləşdirilməsi haqqında” əsasnaməyə müvafiq 1977-ci il tarixdə Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil olunub. Mərkəzləşmədən sonra rayon İcraiyyə Komitəsinin qərarı ilə rayonun Mərkəzi Kitabxanası Azərbaycanın xalq şairi S.Vurğun adını daşıyır. MKS keçmiş Yelenendorfun alman sakini-biologiya müəllimi V. Hummelin adını daşıyan küçədə 5 saylı ünvanda yerləşir.
MKS-də 71 nəfər işçi çalışır. Onlardan 31 nəfər mütəxəssis, ali və orta ixtisas təhsillidir.
Kitabxananın direktoru Əliyeva İntizar İlyas qızı 15 ildir işləyir. Daşkənd Mədəniyyət inistitutu. ixtisas kitabxanaşünas. Təhsil ali.
Hal-hazırda MKS özündə 41 kütləvi kitabxananı birləşdirir. Buraya 39 qəsəbə və kənd kitabxana filialı, 1 şəhər, 1 S.Vurğunun adına Mərkəzi kitabxana daxildir. Mərkəzi kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir.
2021-ci ilin sonuna MKS-in fondu 308150 nüsxə, kitab verlişi 362552 nüsxə, oxucusu 22539 nəfər, oxucuların kitabxanaya gəlişi 163746 nəfər olmuşdur.
Kitabxananın direktoru; Əliyeva İntizar İlyas qızı
Təhsili; Ali, Daşkənd Mədəniyyət inistitutu. ixtisas kitabxanaşünas.
Ünvan: Hummel 5
Telefon: (+994 2220) 5-22-63