Göygöl rayon Mədəniyyət Mərkəzi
Mədəniyyət Mərkəzi
Göygöl rayon Mədəniyyət Mərkəzinin Hummel 5 də yerləşən binası 1817-ci ildə Rusiya və Almaniya rəhbərlərinin razlaşması əsasında Qafqaza köçürülən Almaniyanın Vürtenberq vilayətindən köçüb gələn və Helenendorfda, yəni indiki (Göygöl şəhərində) məskunlaşan Almanlar tərəfindən inşa edilib. Bu bina 1819-cu ildə Helenendorf - Alman yaşayış məntəqəsi qurulan zaman inşa edilib.
Göygöl rayon Mədəniyyət Mərkəzi Göygöl şəhər Hummel 5 də uyğunlaşdırılmış binada yerləşir. Rayonda 19 klub tipli Mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Mərkəzin nəzdində 18 kənd mədəniyyət müəssisəsi mövcuddur. Mədəniyyət müəssisəsində çalışan işçilərin ümumi sayı 88 nəfərdir.
Mərkəz 1 foye, 1 zal, 1 inzibati otaq, 1 məşq otaq, 1 dərnək otaqı, 3 yardımçı otaqdan ibarətdir. Mədəniyyət Mərkəzi şəhər yaşayış məntəqəsi üzrə 26.156 nəfərə mədəni xidmət göstərir. Mərkəzin ümumi sahəsi 856+240 kv/m, Zalın ümumi tamaşaçı tutumu 396.
Qeyd edək ki, Mərkəz öz fəaliyyəti ilə bağlı yerli mədəniyyət müəssisələrinə, incəsənət kollektivlərinə, yaradıcılıqla məşğul olan təşkilatlara, idarə və şəxslərə, ictimai təşkilatlara, habelə geniş əhali kütləsinə, xüsusilə gənclərin, yeniyetmə və uşaqların asudə vaxtdan səmərəli istifadəsinə və maraqlı keçməsinə, o cümlədən xalq yaradıcılığının məhsulu olan Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinə xidmət göstərir.
Mədəniyyət Mərkəzinin direktoru: Rəhimova Əminə İmran qızı
Təhsil; Ali, Bakı Dövlət Unversiteti; ixtisas-Jurnalistika
Telefon: (+994 2220) 5-21-39