Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

     Şəhid baş-leytenant Niftəliyev Ceyhun Bahadur oğlu 5 noyabr 1972-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1978-ci ildə Böyük Məzrə kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir.  1988-ci ildə ailəsi ilə birlikdə Göygöl şəhərinə köçmüşdür.1989-cu ildə isə Göygöl şəhər 2 saylı tam orta məktəbinin 11-ci sinfini bitirmişdir.1989-1992-ci illər ərzində Gəncə Aqrar Universitetində ali təhsil almışdır.

     Ceyhun Niftəliyevə 1992-ci ildə universiteti bitirdikdən sonra ona leytenant hərbi  rütbəsi verilmişdir.1992-1995-ci illərdə “N” saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində iştirak etmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ceyhun Niftəliyev 29 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid İsgəndərov Əsəd Beybala oğlu 27 oktyabr 1990-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1997-ci ildə İ. Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2008-ci ilin oktyabr ayından  2009-cu ilin may ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 2012-ci ildən Ağcabədi rayonunda yerləşən digər “N” saylı hərbi hissədə gizir kimi xidmətini davam etdirib.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Əsəd İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur . Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Tağıyev İmdad Rövşən oğlu 25 aprel 2002-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur.2009-cu ildə Göygöl rayon  Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir.  2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.

     2019-cu ilin may ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İmdad Tağıyev  3 oktyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”   və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Məmmədov Maqsud Vüqar oğlu 1 yanvar 1992-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 1998-ci ildə Göygöl şəhər İ.Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir.  2009-cu ildə isə Bakı şəhəri, Xətai rayonu, Ş.İ.Xətai adına 48 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir.

     2009-cu ilin yanvar ayından  2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Maqsud  Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”  medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Məmmədov Samir Ramiz oğlu 10 fevral 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun  Zod kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. Samir Məmmədov 1992-ci ildə Göygöl rayon Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2003-cü ildə  həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2004-cü ilin aprel ayından  2005-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.  Ailəlidir, 2 övladı var.

 

     Şəhid  Yusubov Sabir Firdovsi oğlu 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir.  2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə  iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Həsənov Kənan Zirəddin oğlu 1 yanvar 2001-ci ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olmuşdur.2007-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayon Şəhriyar kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

    2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Kənan Həsənov  12 oktyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”  və “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Hüseyinov Elbrus Nadir oğlu 4 mart 1991-ci ildə  Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Elmdar Xanlarov adına Çaykənd kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib 58 saylı Kəlbəcər məktəbində təhsilini davam etdirmişdir.2009-cu ildə 58 saylı Kəlbəcər məktəbində 11-ci sinfi bitirmişdir.

     2009-cu ilin oktyabr ayından  2011-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-2015-ci illərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.2015-ci ildə həmin “N” saylı hərbi hissədən təxris olub digər “N” saylı hərbi hissədə  müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elbrus Hüseyinov 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”  və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Bayramov Elcan Qoşqar oğlu 3 avqust 2001-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Orta təhsilini 4-cü sinifdən sonra Kəlbəcər rayon 122 saylı tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2019-cü ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elcan Bayramov 28 sentyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Binnətov Ruslan Rafiq oğlu 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2019-cu ilin oktyabr ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan Binnətov  9 noyabr 2020-ci il tarixdə Xocavənd  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Həsənov Vüsal Bayram oğlu 17 mart 1986-cı ildə Göygöl şəhərində anadan olmuşdur.1992-ci ildə Göygöl şəhər 6 saylı tam orta məktəbdə 1-ci sinfə qəbul edilmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfi bitirmişdir.

     2010-cu il aprel ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman könüllü olaraq hərbi döyüşlərdə iştirak etmişdir. Vüsal Həsənov 8 noyabr 2020-ci tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid leytenant Abbasov Seymur Muşfiq oğlu 20 may 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər 3 saylı tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2017-2020-ci il tarixlərdə Ali Hərbi Məktəbdə hərbi təhsil almışdır. 4-cü kursda oxuyarkən vaxtından əvvəl leytenant rütbəsi almışdır. 2020-ci ildə “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Seymur Abbasov 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

 

     Şəhid  Cəfərov Surxay Cümşüd oğlu 19 fevral 1986-cı ildə Göygöl rayonunun Danayeri kəndində anadan olmuşdur. 1992-ci ildə Göygöl rayon Danayeri kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2004-cü ildən 2005-ci ilədək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Surxay Cəfərov 8 noyabr 2020-ci il tarixdə Xankəndi   istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid leytenant  Allahverdiyev Elşad Zaməddin oğlu 5 aprel 1997-ci ildə Göygöl şəhərində anadan olmuşdur.2003-cü ildə Göygöl şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2011-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.

     2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali hərbi təhsilini 2014-2018-ci illərdə  Rusiya Federasiyasında davam etdirmişdir. 2019-cu ildən “N” saylı hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

 

     Şəhid Musayev Ramiz Kamil oğlu 2 avqust 1989-cu ildə Göygöl rayonunun Hacıməlik qəsəbəsində anadan olmuşdur.1996-cı ildə Göygöl rayon Hacıməlik kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir.  2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2008-ci ildən 2009-cu ilədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2015-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ramiz Musayev 25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində xidmətini apararkən  şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 1 övladı var.

 

     Şəhid Bayramov Həsən Bəhrəm oğlu 17 iyun 1992-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 12 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildə orta təhsilini 7-ci sinifdə oxuyarkən Göygöl şəhər texniki-təbiət fənləri liseyində davam etdirmişdir. 2009-cu ildə həmin liseyin 9-cu sinfini bitirib Gəncə şəhər Humanitar Kollecinə daxil olmuşdur. 2011-ci ildə həmin kolleci bitirmişdir.

     2011-ci ilin iyul ayından  2013-cü ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

     2020-ci il iyul ayından “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Həsən Bayramov 5 noyabr 2020-ci il tarixdə Laçın rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın  azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad  olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid İsmayılov Ruslan Eyvaz oğlu 1 aprel 1986-cı ildə Gürcüstan Respublikası Marneuli rayonunun Təzəkənd kəndində anadan olmuşdur.1992-ci ildə Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir.  2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.

     2004-cü ilin aprel ayından  2006-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan İsmayılov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Əmiraslanov Elgün Sərvan oğlu 25 aprel 1995-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2001-ci ildə Göygöl şəhər 5 saylı tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2012-ci ilin aprel ayından  2013-cü ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elgün Əmiraslanov 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Eldarzadə Azər İsmixan oğlu  25 oktyabr 1994-cü ildə Göygöl şəhərində anadan olub.2000-ci ildə Göygöl rayon İ.Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2012-ci ildən 2014-cü ilədək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.2016-cı ilin  aprel döyüşlərində və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak etmişdir.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Azər Eldarzadə 30 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 1 övladı var.

 

     Şəhid Həsənli Elçin Qəşəm oğlu 6 iyun 1998-ci Göygöl rayon Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon Qırıqlı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Həsənli Elçin 30 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

 

     Şəhid Əliyev Teymur İman oğlu 26 mart 1991-ci ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur.1997-ci ildə Göygöl rayon Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildən isə təhsilini Mixaylovka kənd tam orta məktəbində davam etdirmişdir.2008-ci ildə həmin məktəbi bitirmişdir.

     2008-ci ildən  2010-cu ilədək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Teymur Əliyev 5 noyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

 

     Şəhid   Zeynalov Nurlan Vasib oğlu 1998-ci dekabrın 4-də Goranboy rayonunun Todan kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon Quşçu kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2017-ci ilin yanvar ayından  2018-ci ilin iyul ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. . 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Nurlan Zeynalov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subaydır.

 

     Şəhid Muradov Nadir Əhməd oğlu 18 noyabr 1996-cı ildə Göygöl rayonunun Gəncə qəsəbəsində anadan olmuşdur.2002-ci ildə Göygöl rayon X.Muradov adına Gəncə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir.  2013-cü  ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2014-cü ilin yanvar ayından  2015-ci ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2018-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi  başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Nadir Muradov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində  gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Mirzəyev Şirzad Mirzə oğlu 1 avqust 1996-cı ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbinin 1-ci sinfinə  qəbul edilmişdir.  2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2014-cü ilin oktyabr ayından  2016-cı ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Şirzad  Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 1 övladı var.

 

     Şəhid İsgəndərov Mikayıl Vəkil oğlu 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 2003-cü ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2015-ci ilin aprel ayından  2016-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük  Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid kapitan  Cəbrayılov Elnur Tofiq oğlu 26 aprel 1981-ci ildə Göygöl rayonunun Çaylı kəndində anadan olmuşdur.1988-ci ildə Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə 1-ci sinfə qəbul edilmişdir. 1994-cü ildə Göygöl şəhərinə köçərək orta təhsilini Göygöl şəhər 6 saylı tam orta məktəbdə davam etdirmişdir. 1999-cu il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2003-cü illərdə Gəncə Dövlət Universitetində ali təhsil almışdır.

     2003-cü ildən 2004-cü ilə kimi “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2004-cü ilin aprel ayında zabit olmaq üçün Təlim Tədris Mərkəzində təhsil almış və leytenant rütbəsi almışdır.2004-cü ildən Göygöl şəhər 1 saylı tam orta məktəbdə və Göygöl rayon Çaylı kənd tam orta məktəbində tarix müəllimi işləmişdir.2013-cü ildə müəllimlik vəzifəsindən könüllü ərizəsi ilə işdən çıxmışdır. Həmin ildə “N” saylı hərbi hissədə leytenant kimi ordu sıralarına qatılmışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elnur Cəbrayılov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni“, Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

 

     Şəhid Həsənov Tarix Sucayət oğlu 30  yanvar 1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində  anadan olmuşdur. 1988-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Çaykənd kəndinə köçmüşdür. Tarix Həsənov  1992-ci ildə Göygöl rayon Çaykənd kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2003-cü ildə  həmin məktəbin 11-ci sinfini bitirmişdir.

     2004-cü ilin oktyabr ayından  2006-cı ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Tarix Həsənov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Şücaətə görə” və “Vətən uğrunda” medalı ilə təltif edilib.  Ailəlidir, 2 övladı var.

 

     Şəhid Musayev Səhman Qəşəm oğlu 1 yanvar 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir.  2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2015-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə qəbul olmuşdur. 2019-cu ildə həmin kolleci bitirmişdir.

     2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman Cəbrayıl və Xocavənd istiqamətində gedən hərbi döyüşlərdə iştirak etmişdir. Səhman Musayev 27 fevral 2021-ci il tarixdə Ağdam rayon Şelli kəndində şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Subaydır.

 

     Şəhid Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1999-cu ildə Daşkəsən rayon 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir.  Sonra təhsilini Gəncə şəhər 28 nömrəli tam orta məktəbində davam etdirmişdir. Daha sonra ailəsi ilə Göygöl şəhər Hacıməlik qəsəbəsinə köçmüş və orta təhsilini 8 mart qəsəbə məktəbində 9-cu sinifdə bitirmişdir. Elvin Mustafayev 2013-cü ildə Astara Pedaqoji Kollecinə daxil olmuşdur. Həmin kolleci 2016-cı ildə bitirmişdir.

     2010-cu ilin aprel ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

     27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Mustafayev Elvin 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.  Ailəlidir, 3 övladı var.

Keçidlər