Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

Göygöl rayonu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

 

A.A.Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il.

____________________________________________________________________________________________________________________________________________________________

 

A. A. Seyidovun Xanlar Rayon İcra Hakimiyyətinin başçısı təyin
edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Arif Akif oğlu Seyidov Xanlar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2006-cı il
№ 1332

 

"Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


"Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Gəncə şəhərinin və Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 fevral 2007-ci il
№ 1949

 

Xanlar rayonunun Dozular kəndi ərazisində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Xanlar rayonunun Dozular kəndi ərazisində baş vermiş torpaq sürüşməsinin nəticələrinin aradan qaldırılmasının tam başa çatdırılması məqsədilə qərara alıram:
1. Xanlar rayonunun Dozular kəndi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyətdə olan tikililərin sürüşmə təhlükəsi olmayan yeni ərazidə kommunikasiya xətləri ilə birlikdə tikintisinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə 4,0 milyon (4 milyon) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 avqust 2007-ci il
№ 2340

 

Gəncə şəhərinin, Xanlar və Samux rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Gəncə şəhərinin, Xanlar və Samux rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən abadlıq-quruculuq işlərinin sürətləndirilməsi məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 milyon (dörd milyon), Xanlar və Samux rayon icra hakimiyyətlərinin hər birinə 2,0 milyon (iki milyon) manat məbləğində vəsait ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2008-ci il
№ 2706

 

Azərbaycan Respublikasının Göygöl Milli Parkının yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1. Göygöl dövlət qoruğunun və Azərbaycan Respublikasının Xanlar, Daşkəsən və Goranboy rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 12755 hektarlıq sahəsində Azərbaycan Respublikasının Göygöl Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 2744

 

"Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


"Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
 


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 may 2008-ci il
№ 2801

 

Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Sərəncamlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2801 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 iyul tarixli 851 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 462; 2007-ci il, № 2, maddə 90) ilə təsdiq edilmiş “Tikinti kompleksində yaradılan səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və təşkilatların Siyahısı”nın “Azərsutikinti” Səhmdar Cəmiyyəti” bölməsinin 22-ci bəndində “Xanlar şəhəri” sözləri “Göygöl şəhəri” sözləri ilə əvəz edilsin.
2. “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 206; 2001-ci il, № 10, maddə 640; 2006-cı il, № 5, maddə 414) 2 nömrəli Əlavə - “Gəncəelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən paylayıcı elektrik şəbəkələri”ndə “Xanlar” sözü “Göygöl” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90, № 8, maddə 769) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın 1-ci – “Təbii meşələrin bərpası” bölməsinin 1.1.1-ci bəndinin üçüncü abzasında, 1.2.1-ci bəndinin üçüncü abzasında, 2-ci – “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin üçüncü abzasında, 2.2.1-ci bəndinin üçüncü abzasında, 2.3.1-ci bəndinin üçüncü abzasında, 3-cü – “Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)” bölməsinin 3.1.1-ci bəndinin üçüncü abzasında, 5-ci – “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin üçüncü abzasında, 5.1-ci bəndindəki cədvəlin “Zona və rayonlar” sütununun 2-ci sırasında, 6-cı – “Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması” bölməsinin 6.1-ci bəndinin üçüncü abzasında, 7-ci – “Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi” bölməsinin preambulasının üçüncü abzasında, 7.1.1-ci bəndinin üçüncü abzasında, 10-cu – “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında “Xanlar” sözləri “Göygöl” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 720, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 iyun tarixli 2285 nömrəli Sərəncamı) əlavə edilmiş “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin “b)” bəndində “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1011) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr”in 1.3-cü bəndinin “Tədbirin adı” sütununda “Abşeron və Xanlar rayonlarında” sözləri “Abşeron və Göygöl rayonlarında” sözləri ilə, 1.7-ci bəndinin “Tədbirin adı” sütununda “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə və “İcraçılar” sütununda “Xanlar və Kəlbəcər rayon” sözləri “Göygöl və Kəlbəcər rayon” sözləri ilə əvəz edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 avqust 2008-ci il
№ 2966

 

Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xaqani-Cümşüdlü-Haçaqaya avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 mart 2012-ci il
№ 2105

 

“Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 518-IVQ nömrəli Qanununun tətbiqi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 518-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər icra hakimiyyəti, Gəncə şəhər Nizami və Kəpəz, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon icra hakimiyyətləri ilə birlikdə “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə iki ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 fevral 2013-cü il
№ 2704

 

Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 yanvar 2014-cü il
    № 236

 

 

Göygöl rayonunun Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 iyul 2014-cü il
                № 603

 

Keçidlər