Şriftin ölçüsü :

Saytın rəngi :

Деятельность

- Ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətdə 2025-ci ildə 6,7 dəfə, sənaye məhsulunun həcmi 3,1 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,0 dəfə və əsas kapitala yönəldilmiş vəsait 60,2 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 59,1 dəfə artmışdır;

- Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 811 sahibkara 17,665 mln manat güzəştli kredit verilmişdir;

- Kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 13,9  mln manat subsidiya verilmişdir;
- 2003-2025-ci illər ərzində 11172-i daimi olmaqla 16313 yeni iş yeri açılmışdır;

  O cümlədən 2025-ci il ərzində 221 yeni iş yerləri açılmışdır, bunun da 153-ü daimidir.

      2021–2025-ci illər ərzində Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində meliorasiya və irriqasiya sistemlərinin istismarı, su ehtiyatlarının qorunması və səmərəli idarə olunması, əkin sahələrinin fasiləsiz suvarılması, sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin içməli su və kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində kompleks və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində əsas prioritet mövcud infrastrukturun dayanıqlığının artırılması, su itkilərinin azaldılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması olmuşdur.İdarənin balansında olan 303 ədəd subartezian quyusu və 10 ədəd nasos stansiyası vasitəsilə minlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması təmin edilmişdir. 303 subartezian quyusu vasitəilə 5820 ha əkin sahəsi suvarılması,10 ədəd nasos stansiyası vasitəsilə isə 1194 ha əkin sahəsinin suvarılması həyata keçirilmişdir. Suvarma mövsümündə nasos stansiyalarının və subartezian quyularının fasiləsiz işləməsi üçün planlı texniki baxışlar keçirilmiş, elektrik mühərrikləri, nasos aqreqatları, transformator və idarəetmə panelləri mütəmadi olaraq yoxlanılmış və təmir olunmuşdur. İstismar müddətini başa vurmuş və məhsuldarlığı aşağı düşmüş nasoslar yeniləri ilə əvəz edilmiş, bir sıra subartezian quyuları yenidən qazılaraq istismara verilmişdir. Nəticədə yüzlərlə hektar əkin sahəsinin su təminatı bərpa olunmuş və məhsuldarlığın artımına şərait yaradılmışdır. Rayon ərazisində yerləşən əsas və ikinci dərəcəli suvarma kanallarında genişmiqyaslı lil təmizləmə işləri aparılmışdır.   2021–2025-ci illər ərzində ümumilikdə 600–685 min kubmetr həcmində lil və çöküntü mexanizmlər vasitəsilə kənarlaşdırılmışdır. Onlarla hidrotexniki qurğu, keçid və hidropost cari təmir edilmiş, minlərlə kvadratmetr sahə kol-kosdan təmizlənmişdir. Xanarx və Ərəbli kanallarının müxtəlif hissələri beton üzlüyə alınmış, torpaq məcralı sahələrdə su sızmalarının qarşısı alınmışdır. Quşqara qapalı boru xəttində mərhələli şəkildə əsaslı yenidənqurma işləri görülmüş, köhnəlmiş metal borular müasir və davamlı materiallarla əvəz edilmişdir. Qapalı boru xətlərinin bir neçə kilometrlik hissəsində yenilənmə aparılmış, hidrotexniki qurğuların giriş və çıxış hissələri möhkəmləndirilmişdir. Bu tədbirlər nəticəsində suyun ötürülməsi zamanı yaranan texniki itkilər əhəmiyyətli dərəcədə azalmış, suvarma suyunun daha operativ və itkisiz şəkildə əkin sahələrinə çatdırılması təmin edilmişdir.Sel və daşqın risklərinin azaldılması məqsədilə Gəncəçay, Kürəkçay və Qoşqarçay çaylarının məcralarında tənzimləmə, təmizləmə və sahilbərkitmə işləri həyata keçirilmişdir. Çay yataqlarında yığılan lil, çınqıl və daş kütlələri mexanizmlər vasitəsilə kənarlaşdırılmış, məcranın ötürücülük qabiliyyəti artırılmışdır. Riskli zonalarda torpaq bəndləri möhkəmləndirilmiş, sahil xəttində eroziyanın qarşısını almaq üçün mühafizə tədbirləri görülmüşdür. Qırıqlı gölü daxili imkanlar hesabına lildən təmizlənmiş, su tutumu artırılmış və suvarma mövsümündə əlavə su ehtiyatı formalaşdırılmışdır.

             Köhnə metal borular mərhələli şəkildə polietilen borularla əvəz edilmiş, su itkilərinin və təzyiq problemlərinin qarşısı alınmışdır. Abonentlərin müraciətləri operativ qaydada araşdırılmış, sızmalar və qəza halları qısa müddətdə aradan qaldırılmışdır. Kanalizasiya xətlərində və kollektor sistemində təmizləmə işləri aparılmış, çirkab su quyuları xüsusi texnika vasitəsilə yuyulmuşdur. Tullantı su təmizləyici qurğularda mexaniki və elektrik avadanlıqlarının təmiri və qismən yenilənməsi həyata keçirilmişdir.  Suyun keyfiyyət göstəricilərinə nəzarət gücləndirilmiş, dezinfeksiya tədbirləri mütəmadi həyata keçirilmişdir. Nasos stansiyalarında elektrik təchizatı sistemləri yenilənmiş, nasos aqreqatlarının məhsuldarlığı artırılmış, təzyiqli boru kəmərlərində qaynaq və izolyasiya işləri görülmüşdür. Avadanlıqların istismar müddətinin uzadılması üçün profilaktik tədbirlər gücləndirilmiş, fövqəladə hallara operativ müdaxilə mexanizmi təkmilləşdirilmişdir. 2021–2025-ci illər ərzində həyata keçirilmiş bütün bu tədbirlər nəticəsində rayonun meliorasiya və su təsərrüfatı infrastrukturu əhəmiyyətli dərəcədə yenilənmiş, suvarma sistemlərinin etibarlılığı və səmərəliliyi artırılmışdır. Su itkilərinin azaldılması, infrastrukturun modernləşdirilməsi və mövcud resurslardan səmərəli istifadə kənd təsərrüfatı istehsalının artmasına, torpaq sahələrinin münbitliyinin qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə vermişdir.

 

Qəza bərpa və təmir işləri ümumilikdə 6900 metr polietilen boru istifadə edilmişdir.

-45 yaşayış məntəqəsindən ibarət olan 34 yaşayış məntəqəsi qazla təchiz olunmuş, 11 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilir.

Təbii qazdan istifadə edən abonentlərin  qaz təminatı yaxşılaşdırılması üçün 187 ədəd qaz tənzimləyiciyə texniki baxış keçirilmiş  və 15 ədəd ŞQTM əsaslı təmir olunmuşdur.

Göygöl rayonu Üçtəpə kəndində qaz təchizatının yaxşılaşdırılması üçün kəndin daşıyıcı mövcud D 108 mm-lik polad borusunun L=3200 p/m hissəsi PE  mm-lik polietilen boru ilə 200 p/m əvəz edilmişdir. Mollacəlilli kəndində 2800 p/m D 57 mm-lik D 76 mm-lik boru qaz xətti çəkilmişdir.

Göygöl rayonu Gəncəkənd kəndinin qazlaşdırılması işlərinə başlanılmışdır. Hal-hazırda L 5420 p/m müxtəlif diametrli daşıyıcı və paylayıcı kənd daxili qaz xətləri çəkilmişdir.

M.İbrahimov, Bülbül, Q.Məmmədov küçələrində 750 p/m D 57,D89 mm-lik qaz xətləri çəkilmişdir.

M.İbrahimov, Bülbül, Q.Məmmədov küçələrində 750 p/m D 57,D89 mm-lik qaz xətləri çəkilmişdir

Aşıqlı kəndində  1400 p/m D 76 mm-lik qaz xətləri çəkilmişdir.

Hacıkənd kəndinnin yaxınlığında  PE 315 mm-lik 6500 pm yeni poletilen qaz xətləri çəkilmişdir.

Göygöl rayonunun kənd və qəsəbələrində istismar müddəti bitmiş qaz sayğacları 6355 ədəd mexaniki qaz sayğacları ilə əvəz olunmuş bundan başqa 813 ədəd yeni sayğac quraşdırılmışdır.

 

Elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə 226 ədəd yeni sayğac quraşdırılmış, 448 ədəd sayğac isə müasir tipli sayğaclarla əvəz edilmişdir və  6/10/0,4 kv-luq şəbəkələrin yenidən qurulması ilə əlaqədar olaraq 0,4 kv-luq Üçtəpə h/x-də 42 ədəd istismara yararsız dayaqlar yenisi ilə əvəz edilərək  1,2  km elektrik verlişi xətti, 0,4 kv-luq Yeni Zod h/x-də 14 ədəd dayaq basdırılaraq 0,43 km elektrik verlişi xətti, 0,4 kv-luq Firuzabad h/x-də 11 ədəd dayaq basdırılaraq 0,4 km elektrik verlişi xətti, 0,4-kv-luq Topalhəsənli h/x-də 5 ədəd dayaq basdırılaraq 0,5 km elektrik verliş xətti, 0,4-kv-luq Köşkü h/x-də 22 ədəd dayaq, 0,4-kv-luq Quşqara h/x-də 12 ədəd dayaq basdırılaraq 0,51 km elektrik verliş xətti çəkilmiş, 0,4-kv-luq Qarabulaq h/x-də 0,35 km elektrik verliş xətti çəkilmişdir.6 kv Topalhəsənli kəndində 3 ədəd dayaq, 6 kv Kərəmli h/x-də 5 ədəd dayaq basdırılaraq 1,0 km elektrik veriliş xətti çəkilmiş, 10 kv Danayeri h/x-də 11 ədəd dayaq, 6 kv-luq Murud h/x-də 6 ədəd dayaq, 10 kv-luq Nadil h/x-də 2 ədəd dayaq , 6-kv-luq Zurnabad h/x-də 7 ədəd dayaq basdırılmışdır. Göygöl EŞ-nin xidmət ərazisində 1 ədəd 35/10 kv Qızılca y/st-sı və 24 ədəd müxtəlif gücdə transformatorlar əsaslı təmir edilmişdir.2020-ci il ərzində 6/10/0,4 kv-luq şəbəkələrin yenidən qurulması ilə əlaqədar olaraq 0,4 kv-luq Üçtəpə h/x-də 42 ədəd istismara yararsız dayaqlar yenisi ilə əvəz edilərək  1,2  km elektrik verlişi xətti, 0,4 kv-luq Yeni Zod h/x-də 14 ədəd dayaq basdırılaraq 0,43 km elektrik verlişi xətti, 0,4 kv-luq Firuzabad h/x-də 11 ədəd dayaq basdırılaraq 0,4 km elektrik verlişi xətti, 0,4-kv-luq Topalhəsənli h/x-də 5 ədəd dayaq basdırılaraq 0,5 km elektrik verliş xətti, 0,4-kv-luq Köşkü h/x-də 22 ədəd dayaq , 0,4-kv-luq Quşqara h/x-də 12 ədəd dayaq basdırılaraq 0,51 km elektrik verliş xətti çəkilmiş, 0,4-kv-luq Qarabulaq h/x-də 0,35 km elektrik verliş xətti çəkilmişdir.6 kv Topalhəsənli kəndində 3 ədəd dayaq, 6 kv Kərəmli h/x-də 5 ədəd dayaq basdırılaraq 1,0 km elektrik veriliş xətti çəkilmiş, 10 kv Danayeri h/x-də 11 ədəd dayaq, 6 kv-luq Üçbulaq h/x-də 6 ədəd dayaq, 10 kv-luq Nadil h/x-də 2 ədəd dayaq , 6-kv-luq Zurnabad h/x-də 7 ədəd dayaq basdırılmışdır. Göygöl EŞ nin xidmət ərazisində 1 ədəd 35/10 kv Qızılca y/st-sı və 69 ədəd müxtəlif gücdə transformatorlar əsaslı təmir edilmişdir.

  -Bundan əlavə 10 kv-luq Aşıqlı h/x-də 21 ədəd qəzalı dayaq yeni boru dayaqla əvəz olunmuşdur. 6 kv-luq Murud h/x-də 3 ədəd qəzalı dayaq yenisi ilə əvəz olunmuşdur. 6 kv-luq Şəhriyar h/x-də yeni güc mərkəzinin qurulması üçün 12 ədəd 10 kv-luq dayaq basdırılmışdır, 1800 metr kabel çəkilmiş, 1 ədəd 400 kvA transformator quraşdırılıb, 80 ədəd 0.4 kv-luq metal dayaq basdırılıb 3100 metr SİP kabel çəkilib.

- Rayon  ərazisində köhnə tipli 106 ədəd KTM-lər yeni tipli KTM-lə əvəz olunub,yenidən qurma ilə əlaqədar olaraq 661 ədəd TM, KTM-in ətrafı çəpərlənib,əsaslı təmir olunub və rənglənmişdir.

-Göygöl rayonunu enerji ilə təchiz edən köhnə 35 kv-luq xətt ləğv olunaraq, 22.6 km məsafədə 2 dövrəli 35 kv-luq yeni xətt çəkilmiş, 717 ədəd dayaq basdırılmış, 135.6 km ÖİN (SİP kabellə) çəkilmiş, eyni zamanda 2.6 km məsafədə 35 kv-luq yeraltı kabel xətti çəkilmiş, 15.6 km yeraltı kabel istifadə olunmuşdur.

- 6 kv-luq Murovdağ –Mollacəlili h/x-i 12 km, 6 kv-luq Ehtiyat h/x-i 2.1 km, 6 kv-luq Şərabzavod h/x-i 1.65 km, 5-ci Şəhər h/x-i 1.5 km, 10 kv-luq Aşıqlı h/x-i 11.4 km yeraltı kabel xəttinə keçmişdir.Ümumilikdə 10/6 kv-luq  28.65 km h/x-ri yeraltı kabel xətti ilə əvəz olunmuşdur.

-Hal-hazırda Şəhər ərazisində və kəndlərdə elektrik təchizatının yaxşılaşdırılması istiqamətində yenidənqurma işləri aparılır;

2022-2025-ci illərdə aşağıda adları qeyd olunan yaşayış məntəqələrində rabitə infrastrukturu yenilənmiş, təsərrüfat sayına uyğun xətt şəbəkəsi tikilmiş və yeni GPON texnologiyası tətbiq edilərək əhaliyə, idarə, müəssisə, təşkilat və iaşə obyektlərinə yüksək sürətli internet, telefon və TV xidmətləri göstərilir.

 

Sıra sayı
Yaşayış məntəqəsinin adı
Təsərrüfat sayı
1
Topalhəsənli kəndi
553
2
Aşağı Zurnabad qəsəbəsi
25
3
Gəncə kəndi
117
4
Zurnabad kəndi
236
5
Kərəmli kəndi
95
6
Göygöl şəhəri
5260
7
Ağdağ qəsəbəsi
85
8
Qızılqaya qəsəbəsi
183
9
Yeni Zod kəndi
295
10
Bənövşəli kəndi
38
11
Aşıqlı kəndi
450
12
Keşkü kəndi
160
13
Balçılı kəndi
553
14
Cümşüdlü kəndi
497
15
Quşqara kəndi
435
16
Bəhrambağ qəsəbəsi
102
17
Səmədli kəndi
92
18
Qızılca kəndi
266
19
Damcılı kəndi
9
20
Yalqışlaq kəndi
81
21
Qarabulaq kəndi
60
22
Quşçu kəndi
102
23
Şəhriyar kəndi
287
24
Toğanalı kəndi
223
25
Çaylı kəndi
303
26
Çaykənd kəndi
714
27
Əlimədədli kəndi
107
28
Göyçəkənd kəndi
184
29
Xaqani kəndi
512
30
Qırıqlı kəndi
506
31
Haçaqaya kəndi
79
32
Sərkar kəndi
62
33
Mollacəlilli kəndi
552
34
Nadil kəndi
341
35
Üçtəpə kəndi
801
36
Firuzabad qəsəbəsi
125
37
Dozular kəndi
190
38
Pənahlılar kəndi
316
39
Yeni Qızılca kəndi
597
40
Sarısu kəndi
153

 

Переходы