Şriftin ölçüsü :

Saytın rəngi :

Goygol Child and Family Support Center

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli, 2355 nömrəli Sərəncamı ilə iki rayonda (Bakının Xəzər rayonu (Şüvəlan), Goranboy),  15 fevral 2011-ci il tarixli, 1328 nömrəli Sərəncamına əsasən isə 9 rayonda (Zərdab, Ağdam, Göygöl, Zaqatala, Qəbələ, İsmayıllı, Hacıqabul, Saatlı, Sabirabad,) fəaliyyət göstərən  Uşaq və Ailələrə Dəstək Mərkəzləri Dövlət Komitəsinin tabeliyinə verilmişdir. Hazırda Komitənin tabeliyində müxtəlif rayonların ərazisində yerləşən 11 Uşaq və Ailələrə Dəstək  Mərkəzləri fəaliyyət göstərir.
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyət istiqamətləri çoxşaxəli olub, əsasən risk qrupuna aid olan ailələrin aşkarlanması, onların psixososial vəziyyətinin qiymətləndirilməsi və problemlərin kompleks şəkildə həllinə yönəldilmişdir. Mərkəz, vətəndaşlar tərəfindən daxil olan müraciətləri birbaşa və ya əlaqədar qurumlarla birgə həll edərək, məişət zorakılığı, qadın və uşaqlara qarşı törədilən zorakılığın hallarının, erkən nikahların, qızların təhsildən yayınması və uşaqların alveri riskinin azaldılması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, ümumi insan hüquqlarının təbliği məqsədilə maarifləndirmə işləri aparılır. Mərkəzin digər mühüm fəaliyyət sahələrindən biri icmanın ehtiyaclarına uyğun xidmətlərin yaradılması və idarə olunmasıdır.
Mərkəzin digər mühüm fəaliyyət sahəsi Dövlət Proqramlarının icrası ilə bağlı tədbirlərin keçirilməsi və maarifləndirmə işlərinin rayon və rayon ətrafı kəndlərdə təbliği fəaliyyətidir.
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Göygöl ətrafı ərazilərdə ayda bir dəfə olmaqla Açıq Qapı vətəndaş qəbulu keçirilir.  
 
Direktor:  Ülfanə Cəmil qızı Səfərova
 
Göygöl şəhəri Hummel küç 33,
Tel:(022)205-04-03,
fax (022) 205-04-03
Links