District Administrations
Goygol District Center for Hygiene and Epidemiology
Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion, parazitar xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əsas istinad etdiyi qanun “Sanitariya–Epidemioloji Salamatlıq haqqında “ Azərbaycan Respublikasının Qanunudur.
Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin struktur bölmələri aşağıdakılardır:
- İdarə etmə aparatı
- İdarə etmə aparatına daxil edilməyən vəzifələr
- Epidemioloji şöbə (parazitoloji bölmə, dezinfesiya bölməsi)
- Sanitar-gigiyena şöbəsi
- Sanitar-kimyəvi laboratoriya
Epidemioloji şöbə yoluxucu xəstəliklərə qarşı profilaktik peyvənd işləri və parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir. 1 Həkim Epidemioloq , 2 həkim epidemioloq köməkçisi fəaliyyət göstərir
Parazitoloji Bölmədə : Parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir. 1 həkim Parazitoloq, 1 Parazitoloq həkim köməkçisi vakantdır. 2 feldşer-laborant fəaliyyət göstərir.
Sanitariya gigiyena şöbəsi 3 bölmədən ibarətdir:
- Kommunal Gigiyena Bölməsi
- Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi
- Sanitar-kimyəvi laboratoriya
Kommunal Gigiyena Bölməsi: Rayon üzrə bərk məişət tullantılarının daşınması, içməli su təchizatı, kanalizasiya sistemi, apteklər, çamaşırxanalar, gözəllik salonları, müalicə - profilaktika müəssisələrinə sanitariya nəzarətini həyata keçirir: Bölmədə 1 həkim-gigiyenist vakantdır və 1 sanitar-feldşer fəaliyyət göstərir.
Uşaq və Yeniyetmələrin Gigiyenası Bölməsi: Məktəblərdə, bağçalarda, texniki-peşə məktəblərində, uşaq müəssisələrində olan mütəşəkkil uşaq kontingenti arasında yoluxucu xəstəliklərin profilaktikası. Bölmədə 1 həkim-gigiyenist, 1 sanitar-feldşer vakantdır.
Sanitar –Kimyəvi laboratoriyada: Götürülən nümunələrin kimyəvi tərkibi öyrənilir. Laboratoriyada 1 həkim-laborant, 1 feldşer-laborant fəaliyyət göstərir. 2 feldşer-laborant ştatı vakantdır.
Müəssisədə 42 ştat vahidi var. işçilərin sayı 29 nəfərdir.
4 həkim, 9 Sanitar feldşer ştatı vakantdır.
Əlaqə telefonu: (022) 205-05-44
Ünvan : Göygöl şəhəri, H.Əliyev pros. 32
Göygöl Rayon Gigiyena və Epidemiologiya
Mərkəzinin direktoru Əmirov Bəhmən Əsəd oğlu
Qəbul qrafiki
|
Vəzifəsi |
Soyadı, adı və atasının adı |
Əlaqə telefonları |
Qəbul günləri və saatları |
|
Direktor |
Əmirov Bəhmən Əsəd |
022-205- 05-44 |
I - V |
|
Epidemiologiya şöbəsinin müdiri |
Əsədov Səxavət Oktyabr |
022-205- 05-44 |
II- IV gün |




