Hal-hazırda Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində 15 mədəniyyət evi, 15 klub,41 kitabxana, 423 nəfər şagirdi olan Göygöl şəhər, 250 nəfər şagirdi olan Xəqani kənd 7 illik uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Rayonda iki muzey: Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, kitab və disklərdən təşkil olunmuş Heydər Əliyev Muzey Mərkəzi və rayonun tarixini əks etdirən eksponatlardan ibarət Tarix-diyarşünaslıq muzeyi rayon əhalisinə və turistlərə xidmət edir.
Bundan başqa rayonda 1 regional informasiya mərkəzi, 3 mədəniyyət və istirahət parkı əhaliyə mədəni xidmət göstərir.