Tarixi
Rayonun mərkəzi olan Göygöl şəhərinin əsası 22 avqust 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından gəlmiş alman kolonistləri tərəfindən qoyularaq Helenendorf adlandırılmışdır. İlk dəfə Helenendorfda 56 ailə yaşamışdır. Mənzərəli təbiəti olan Helenendorfda alman memarlığı üslubunda evlər tikilərək 6 küçə salınmışdır, ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərmişdir. Hazırda mövcud olan Aqrar Sənaye Kombinatının əsas binasını Forer qardaşları tikmiş, orada şərab və konyak istehsalı ilə məşğul olmuşlar, Helenendorfda istehsal olunan konyak və pivə dünyada tanınaraq bir çox xarici ölkələrə ixrac edilmişdir.
8 avqust 1930-cu ildə mərkəzi Helenendorf olmaqla Nərimanov rayonu təşkil olunmuş, 28 fevral 1992-ci ildə rayonun ərazisi iki yerə bölünərək Samux rayonu yaradılmışdır. 29 noyabr 1938-ci ildə isə Nərimanov rayonu Xanlar rayonu, mərkəzi Yelenendorf qəsəbəsi isə Xanlar şəhəri adlandırılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 07 may 2008-ci il tarixli 2801 saylı Sərəncamı ilə Xanlar rayonu Göygöl rayonu, rayonun mərkəzi Xanlar şəhəri Göygöl şəhəri adlandırılmışdır.
Göygöl rayonu ərazisində olan tarixi abidələr haqqında
MƏLUMAT
S/s | Tarixi abidənin adı | İnventar nömrəsi | Yerləşdiyi ünvan |
1 | Qala (XII əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4290 | Zurnabad kəndinin cənubunda yerləşir |
2 | Türbə (XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4291 | Quşqara kəndinin cənub-qərb hissəsində yerləşir |
3 | Anaid məbədi (XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4292 | Çaykənd kəndinin mərkəzində yerləşir |
4 | Müqəddəs Məryəm kilsəsi (yerli əhəmiyyətli tarixi abidədir, tikilmə tarixi məlum deyil) | 4293 | Çaykənd kəndinin qərb hissəsində yerləşir |
5 | Lütüran kilsəsi (1854-1857-ci illərdə tikilmiş yerli əhəmiyyətli tarixi abidədir) | 4276 | Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi 39 saylı bina |
6 | Göygöl Şərab zavodunun şampan-şərab sexinin binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 7275 | Göygöl şəhəri Heydər Əliyev prospekti 2 saylı bina |
7 | Göygöl Mətbəə binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4277 | Göygöl şəhəri Heydər Əliyev prospekti 17 saylı bina |
8 | Rayon Prokurorluğunun köhnə binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4278 | Göygöl şəhəri Heydər Əliyev prospekti 24 saylı bina |
9 | Rayon Polis şöbəsinin köhnə binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4279 | Göygöl şəhəri Heydər Əliyev prospekti 22 saylı bina |
10 | Kəlbəcər Polis şöbəsinin yrləşdiyi inzibati bina (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4280 | Göygöl şəhəri Heydər Əliyev prospekti 25 saylı bina |
11 | Rayon Musiqi məktəbinin yerləşdiyi bina (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4281 | Göygöl şəhəri Heydər Əliyev prospekti 34 saylı bina |
12 | Rayon Poliklinika şöbəsinin köhnə binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4282 | Göygöl şəhəri Heydər Əliyev prospekti 38 saylı bina |
13 | “Koroğlu” Mehmanxanasının binası (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4283 | Göygöl şəhəri Heydər Əliyev prospekti 40 saylı bina |
14 | YAP Göygöl rayon təşkilatının yerləşdiyi bina (XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4284 | Göygöl şəhəri Heydər Əliyev prospekti 58 saylı bina |
15 | Yaşayış evi (1750-ci ilə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4285 | Çaykənd kəndinin mərkəzində yerləşir |
16 | Yaşayış evi (1989-cu ilə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4286 | Çaykənd kəndinin girəcəyində yerləşir |
17 | Ağ körpü (XII əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4289 | Göygöl şəhərinin cənub tərəfində Gəncə çayının üzərində yerləşir. |
18 | İki tağlı körpü (XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4287 | Göygöl şəhəri Gəncə çayı üzərində yerləşir |
19 | Üç tağlı körpü (1896-cı ilə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4288 | Göygöl şəhərinin aşağı hissəsində Gəncə çayı üzərində yerləşir |
20 | Bir tağlı körpü (XVI əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4295 | Dozular kəndində Kürək çayı üzərində yerləşir |
21 | İki tağlı daş körpü (XIV əsrə aid yerli əhəmiyyətli tarixi abidədir) | Topalhəsənli kəndində Gəncə çayı üzərində yerləşir | |
22 | Kurqanlar çölü (tunc və dəmir dövrlərinə aid) | 1086 | Şəhriyar kəndində yerləşir |
23 | Kurqan (dəmir dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1084 | Göygöl şəhərindən 2 km cənub-qərbdə yerləşir |
24 | Nekropol (son tunc, ilk dəmir dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1085 | Göygöl şəhərinin cənubunda yerləşir |
25 | Nekropol (son tunc, ilk dəmir dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1087 | Quşqara kəndinin şərqində yerləşir |
26 | Nekropol (son tunc, ilk dəmir dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1088 | Balçılı kəndinin şərqində yerləşir |
27 | Nekropol (son tunc, ilk dəmir dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1089 | Çaylı kəndinin şimalında yerləşir |
28 | Açıq düşərgə (mezolit, neolit dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1090 | Mollacəlilli kəndinin qərbində yerləşir |
29 | Açıq düşərgə (mezolit, neolit dövrünə aid yerli əhəmiyyətli tarixi abidədir) | 1091 | Kilikdağ dağında yerləşir |
30 | Köhnə qəbiristanlıq (orta əsrlərə aid yerli əhəmiyyətli tarixi abidədir) | 5819 | Zurnabad kəndində yerləşir |
31 | Qabriyel kilsəsi (1674-cü ilə aid yerli əhəmiyyətli tarixi abidədir) | 4294 | Şəhriyar kəndində yerləşir |
Rayonda mövcud olan mənzərələr, meşə örtüyü, tarixi və mədəniyyət abidələri turizmin inkişaf etdirilməsinə real imkan yaradır.
Hal-hazırda rayonda bir çox turizm obyekti fəaliyyət göstərir ki, bunların da sayı hər il artmaqda davam edir. İl ərzində orta hesabla 3 min nəfərə yaxın turist istirahət etmək üçün rayona gəlir. Bunlardan hamısı ölkə vətəndaşlarıdır. Bundan başqa yay mövsümündə Respublikanın hər yerindən rayona turistlər gələrək fərdi yaşayış evləri kirayələyir və burada istirahət edirlər. Rayonda turist infrastrukturu kompleks şəkildə deyil, pərakəndə şəkildə fəaliyyət göstərir və inkişaf edir.
Rayon ərazisində əsasən 5 istiqamətdə turizmi inkişaf etdirmək nəzərdə tutulmuşdur:
- Göygöl – Aşıqlı – Hacıkənd – Göy-Göl;
- Göygöl – Topalhəsənli – Zurnabad – Şəhriyar;
- Göygöl – Köşkü – Üçbulaq;
- Göygöl – Quşqara – Balçılı;
- Göygöl şəhəri.
Bu istiqamətlərdə əsasən kənd və ekoloji turizmi inkişaf etdirmək mümkündür.