Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun ildönümü mərasimi keçirilib.

10 noyabr 2021 | 16:00

10 noyabr 2021-ci il tarixdə Göygöl rayonu Qırıqlı kəndindən olan Vətən müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun ildönümü mərasimi keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyev,  rayonun digər rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər Göygöl rayonu Qırıqlı kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun ildönümü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyub əziz xatirəsini anıblar.
Kənd ərazisində Şəhidlərin əziz xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib, kompleksin  ətrafında yaşıl ağaclar əkilib.

Keçidlər