Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda II Vətən müharibəsi iştirakçısına vəzifə verildi

23 avqust 2021 | 16:00

Göygöl Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyində baş mühəndis vəzifəsinə yeni kadr təyinatı olub.  II Vətən müharibəsi iştirakçısı Mehdiyev Vüsal Mühiddin oğlu Göygöl MKTİB-də baş mühəndis vəzifəsinə təyin olunub.

Mehdiyev Vüsal Mühiddin oğlu 14.06.1994-cü ildə Göygöl şəhərində anadan olub, ali təhsillidir. 2001-ci ildə Göygöl şəhər 3  saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Texnologiya Universitetinin Qida məhsullarının texnologiyası fakültəsinə daxil olub, 2016-cı ildə Dizayn ixtisası alaraq həmin universiteti bitirib. 2016-cı il iyul ayından 2017-ci il iyul ayına kimi  “N” saylı  hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. II Vətən müharibəsi başlayan zaman  könüllü olaraq  27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək  “N” saylı  hərbi hissədə Cəbrayıl, Qubadlı və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Subaydır.

Keçidlər