Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

06 avqust 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi  Abdullayev İlqar Bakir  oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
    Abdullayev İlqar Bakir  oğlu 07 avqust 1988-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1994-cü ildə ailəsi ilə birgə Göygöl rayonunun Mollacəlilli kəndinə köçmüşdür. 1994-cü ildə Göygöl rayon S.Hüseynov adına Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
   27 sentyabr 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 09 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə Partlayış travması. Sol budun yuxarı 1/3-nin arxa səthinin toxunub keçən, sağ budun yuxarı 1/3-nin içəri, arxa səthinin kor qəlpə yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz İlqar Abdullayev Ölkə Prezidentinin Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”  və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir. 2 övladı var.

Keçidlər