Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qaziləri və şəhid ailələri Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilir

06 iyul 2021 | 16:00

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən qazi  Rüstəmov İnqilab Saləddin oğlu xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla qəbul edilmişdir.
Rüstəmov İnqilab Saləddin oğlu 02 fevral 1990-cı il tarixdə Göygöl şəhərində anadan olmuşdur.  2008-cı ilin iyul ayından 2010-cu ilin yanvar ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
          08.09.2020-ci  il tarixdən müddətdən artıq hərbi qulluqçu kimi “N” saylı hərbi hissənin tərkibində xidmətə başlamış və 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. 28 sentyabr 2020-ci il tarixdə Kəlbəcər istiqamətində gedən döyüşlərdə partlayış travması və hər iki gözündən qəlpə yarası almışdır. Hal-hazırda qazimizin müalicəsi davam edir. Qazimiz İnqilab Rüstəmov Ölkə Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Keçidlər