Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Şəhid övladlarına həsr olunmuş “Qəhrəman Övladları” İdman Festivalı keçirilib.

19 iyun 2021 | 16:00

“Qəhrəman Övladları” İdman Festivalının keçirilməsi Şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Göygöl Olimpiya İdman Kompleksində Gəncə və Göygöldən olan 67 ailənin 118 şəhid övladının iştirakı ilə  sosial xarakterli “Qəhrəman Övladları” İdman Festivalı keçirilib. “Qəhrəman Övladları” İdman Festivalı qardaş Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğunun, Gəncə şəhər və Göygöl rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə, “Qardaşlıq” qrupu, “Cavad Xan” Tarix və Mədəniyyət Fondu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsinin və Göygöl Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.
Festivalın bədii hissəsində Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmonoyasının musiqi və rəqs qruplarının çıxışları nümayış olunub. Bu festivalın məqsədi şəhid övladlarını sağlam həyat tərzinə istiqamətləndirmək, onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağını artırmaq, fiziki və psixoloji inkişafına fayda verməkdir.
Allah şəhidlərimizin şəhadətini qəbul eləsin, Allah qazilərimizə can sağlığı versin!
Allah millətimizi və dövlətimizi qorusun!

 

Keçidlər