Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl məktəbləri üçün "Gəncin dostu" layihəsi çərçivəsində "Bilik marafonu" intellektual yarışı keçirilir.

26 may 2021 | 16:00

Göygöl Təhsil Mərkəzi abituriyent hazırlığı kursunun Göygöl filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin  birgə təşkilatçılığı ilə "Gəncin dostu" layihəsi çərçivəsində gənclər arasında "Bilik marafonu" adlı intellektual oyunu baş tutdu.
Göygöl rayon S.Əliyev adına Çaykənd kənd tam orta məktəbin və Ş.Əhmədov adına Zurnabad kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən intellektual oyunun qalibləri diplomlarla mükafatlandırıldı.
"Gəncin dostu" layihəsi səyyar şəkildə bütün Göygöl rayonun məktəblərində həyata keçiriləcək.

Keçidlər