Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon inzibati ərazisində yaşıllıqların artırılması məqsədilə meşə zolağına 13330 ədəd göyrüş toxmacarı əkildi.

07 aprel 2021 | 16:00

Göygöl rayon inzibati ərazisində yaşıllıqların artırılması çərçivəsində Göygöl rayon icra hakimiyyəti və Ekologiya Nazirliyinin dəstəyi ilə həyata keçirilən ağac əkmə kampaniyası keçirildi.
Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Göygöl rayon üzrə 11496.5 ha Dövlət meşə fonduna aid torpaq sahəsi vardır. Bu gün Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd Meşəbəyliyində 4 saylı meşə dolayısının 4 cü kvartalında 2021 ci ilin yaz əkini kampaniyası çərçivəsində 3x1 sixemində 13330 ədəd göyrüş toxmacarı əkilmişdir.

Keçidlər