Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar polis əməkdaşları ilə birgə reydləri davam etdirir.

05 avqust 2020 | 16:00

Xüsusi karantin rejiminin qüvvədə qaldığı Göygöl rayonunda mobil qrup üzvləri polis əməkdaşları ilə birgə koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda, o cümlədən iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib, sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Keçidlər