“Ölkəmizi tanıyaq” devizi altında Xaçmaz, Siyəzən, Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarından gəlmiş məktəb şagirdləri üçün Göygöl rayonunda ekskursiya turu təşkil olundu. Qonaqlara rayon ümumtəhsil məktəb şagirdlərinin təşkil etdiyi konsert proqramı və fləşmob təqdim olundu. Tur çərçivəsində şagirdlər Göygöl rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Bayraq muzeyinə və Göygöl Milli Parkına ekskursiya etdilər. Eyni zamanda şagirdlər alman yaşayış məskənləri ilə də tanış oldular. Göygöl rayonundan şagirdlər xoş təəssüratla ayrıldılar.