Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon təhsil işçilərinin 2018-2019-cu tədris ilinin sentyabr konfransı keçirildi

06 sentyabr 2018 | 16:00

Göygöl bələdiyyəsinin xeyir-şər evində Göygöl rayon təhsil işçilərinin 2018/2019-cu tədris ilinin sentyabr konfransı keçirildi. Konfransın işində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov  iştirak etdi. Konfransa rayon təhsil işçiləri, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdur.
Konfransda milli təhsilin bir il ərzində inkişaf etdirilməsi sayəsində görülmüş işlərə yekun vurularaq, 2018/2019-cu tədris ilində Göygöl rayonu üzrə təlim-tərbiyənin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olundu.
Konfransın sonunda Möhtərəm Prezident cənab İlham Əliyevə rayon müəllimlərinin sentyabr konfransı adından müraciət qəbul olundu.

Keçidlər