Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon sakinlərin kütləvi tibbi müayinədən keçirilməsi başa çatdı.

15 may 2017 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ölkə ərazisində olduğu kimi, Göygöl rayonunda da əhalinin 15 fevral 2017-ci il tarixdə 15 may 2017-ci il tarixədək kütləvi tibbi müayinəsi həyata keçirilmişdir.
Rayonun 45 yaşayış məntəqəsi üzrə 8 səhiyyə müəssisəsində tibbi müayinə təşkil olunmuş, 38630 nəfər 18 yaşdan yuxarı əhali tibbi müayinədən keçirilmiş, 29012 nəfər sağlam hesab edilmiş, 9336 nəfər ambulator müalicəyə, 265 nəfər stasionar müalicəyə cəlb edilmiş, onlardan 76 nəfərin üzərində cərrahi əməliyyat aparılmış, 17 nəfəri isə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir.

Keçidlər