Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası davam edir

16 mart 2017 | 16:00

Göygöl  rayon ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdləri üçün Qəbələ-Şəki-Zaqatala rayonlarına dörd günlük ekskursiya turları təşkil olundu. Şagirdlər Göygöl Heydər Əliyev Mərkəzinin qarşısına toplaşdılar, onlara “Ölkəmizi tanıyaq” ekskursiya turu barədə ətraflı məlumat verildi. Bildirildi ki, turun keçirilməsində əsas məqsəd ölkəmizin rayonlarını, tarixi abidələrini, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır. Valideynlər bu turun təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda uşaqlarla xatirə şəkili çəkdirildi və tur iştirakçıları xüsusi avtobusla yola salındı.

Keçidlər