Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ictimaiyyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevinin əziz xatirəsini yad etdilər

12 dekabr 2016 | 16:00

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının on üçüncü ildönümü Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da ehtiramla  qeyd edildi. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların, ağsaqqalların, gənclərin və rayon ictimaiyyətinin  iştirakı ilə  rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndərin heykəli önünə gül dəstələri qoyuldu.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuza nur saçır.

Keçidlər