Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Ölkəmizi tanıyaq” adı altında növbəti maarifləndirici tur-aksiyası təşkil olundu

18 noyabr 2016 | 16:00

“Ölkəmizi tanıyaq” devizi altında Abşeron Zəngilan (Abşeron), Xətai, Səbail, Suraxanı, Neftçala, Salyan, Cəlilabad rayonlarından gəlmiş məktəb şagirdləri üçün Göygöl  rayonunda ekskursiya turu təşkil olundu. Tur çərçivəsində şagirdlər Göygöl rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Bayraq muzeyinə və Meydanına, Göygöl Milli parkına ekskursiya etdilər, alman yaşayış məskənləri ilə də tanış oldular.
         Eyni zamanda İDEA ictimai birliyinin təşəbbüsü ilə tur-aksiya iştirakçıları tərəfindən “Hərəmiz bir ağac əkək” devizi altında Heydər Əliyev Parkında müxtəlif növ ağaclar əkildi. Göygöl rayonundan şagirdlər xoş təəssüratla ayrıldılar.

Keçidlər