Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə regional konfrans keçirildi

29 iyun 2016 | 16:00

Göygöl rayonundakı Heydər Əliyev Mərkəzinin akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının iştirakı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.
Regional konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti, icra nümayəndələri, bələdiyyələr, rayon gəncləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə konfrans iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olundu. Sonra konfrans öz işini işgüzar şəraitdə davam etdirdi. Sonda konfrans iştirakçıları tərəfindən verilmiş suallar cavablandırıldı.

Keçidlər