Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyəti

Göygöl Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

Bu məqsədilə Göygöl Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
Gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur.
Növbələrin bölgüsü aşağıdakı kimidir:

• 09:00 -13:00 – birinci növbə

• 14:00 -18:00 – ikinci növbə

Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətində qoşulur və öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər  müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

•İntizamlılıq;

•Ünsiyyətcillik;

•Operativlik;

•Kollektivdə işləmək bacarığı;

•Təşkilatçılıq;

•Təşəbbüskarlıq;

•Kompüter bacarığı;

Qeyd: “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən şəxslər öz CV-ni (tərcümeyi-hal) mail@goygol-ih.gov.az e-poçt ünvanına göndərə bilərlər.

Əlaqələndirici şəxs
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının  Könülləri ilə iş üzrə koordinator  Vüqar Hüseynov.
Tel:(022) 20-5-44-42

Keçidlər