Şriftin ölçüsü :

Saytın rəngi :

Zurnabad qalası

03 aprel 2023 | 09:55
Zurnabad qalası Göygöl rayonunun Zurnabad kəndinin 5-6 km-də, Gəncəçayın sol sahilində hər tərəfdən dağlarla əhatə olunmuş dərədə yerləşir. Qalanın tikinti xüsusiyyətləri və arxeoloji tədqiqi onun XIII-XIV əsrə aid feodal qalalarından biri olduğunu söyləməyə əsas verir. Qalanın inşa edilməsi monqol işğalları dövrünə təsadüf edir. Çünki monqolların Azərbaycanın işğal dövründə əkinçilik tənəzzül etdiyi halda heyvandarlıq, xüsusilə də atçılıq və qoyunçuluq inkişaf etdirilirdi. Bununla əlaqədar xeyli sərvət əldə edən maldar əhali öz var-dövlətlərini qorumaq üçün dağlara çəkilir, özlərinə etibarlı məskənlər yaradırdılar. Macar alimi German Vamberi də qeyd edir ki, Əmir Teymurun Cənub Qafqaza gəlişi ərəfəsində tərəkəmə əhali öz əmlakını qorumaq üçün qəsrlər tikdirirdilər. Monqollar da ərəblər kimi dağlıq ərazilərdə hərbi əməliyyatlar aparmaqda çətinlik çəkirdilər. Zurnabad qalası da XIII-XIV əsrlərə aid, varlı elbəylərə məxsus qurğulardan biridir. Burada onlar təkcə xarici işğalçılardan deyil, həm də öz kasıb həmkəndlilərindən və digər binələrin əhalisindən qorunurdular.
Zurnabad qalasında aparılmış arxeoloji tədqiqat işləri zamanı onun XIII-XIV əsrlərə aid olduğu təsdiqlənib. Qala öz tikinti xüsusiyyətlərinə görə demək olar ki, Bakıdakı Mərdəkan, Nardaran və Ramana qalalarına oxşardır. Beş bürcü olan qalanın eni, uzunu, hündürlüyü bir-birlərinə tən şəkildə hörülüb. Qalanın həm eni, həm də hündürlüyü 9 metrdir. Zurnabad isə feodal qəsri olub. Bu qala adi bir feodalın ailə üzvlərinin, onun əmlakının qorunmasına xidmət edib və müdafiə xarakterli olmayıb.
Keçidlər