Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərin mübarək, Vətən!” devizi altında tədbir keçirilib

04 noyabr 2022 | 17:24
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində 8 Noyabr – Zəfər Günü, eləcə də Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü münasibətilə “Zəfərin mübarək, Vətən!” devizi altında dövlətimizin müstəqilliyinin, suverenliyinin, zəfərimizin əbədiliyinin qorunmasında gənclərin roluna həsr olunmuş tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəhid ailələri, qazilər və rayon gəncləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, bəli qürurla deyə bilər ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Xalqımıza bu xoşbəxtliyi və tarixi qələbəni yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Bu tarixi qələbə Şəhidlərimizin canı-qanı bahasına, qazilərimizin sağlamlığı naminə başa gəlib.  Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi dədə-yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşırdı. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzun illik Vətən həsrətinə və nisgilliyinə son qoydu.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik-leytenant Rüfət Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, uğrunda döyüşmüş vətən oğullarının igidliyi və qəhrəmanlıqları barədə geniş və ətraflı məlumat verərək, Şəhid ailələrinin və veteranların hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb. Eyni zamanda bildirilib ki, Dövlət başçısının müvafiq Sərəncamlarına əsasən Vətən Müharibəsində şəhid olmuş, xəsarət almış və iştirak etmiş şəxslərə və onların ailələrinə orden və medalların təqdimatı Xidmətin İdarə, şöbə və bölmələri tərəfindən aparılır.
Tədbirin sonunda vətənpərvər mövzuda keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup məktəbli gənclərə və idmançılara “Diplom” və xatirə hədiyyələri təqdim olunub.
Keçidlər