Şriftin ölçüsü :

Saytın rəngi :

“Yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması” mövzusunda maarifləndirici görüş keçirilmişdir

09 mart 2023 | 16:59
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli, 1941 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən Yerin təki istifadəçiləri ilə yerin təki haqqında qanunvericiliyin tələbləri və onlara əməl olunması sahəsində maarifləndirmə və təbliğat işi aparılmasının icrasının təmin edilməsi məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasının təlim otağında  maarifləndirici görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin müdir müavini İlqar Məmmədov, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, yerin təkinin istifadəsi ilə bağlı fəaliyyət göstərən sahibkarlıq subyektləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.
Sahibkarlar ilə keçirilən görüş zamanı mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsi  və görülən işlərin səmərəliliyinin artırılması üçün  qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırıldı. Sonda iştirakçıların sualları cavablandırılmışdır.
Keçidlər